Çin alimləri koronavirus barədə çox önəmli gerçəyi açdılar
- 30-05-2020, 11:59
- Cəmiyyət
Çinin Xəstəliklərin Yoxlanması və Profilaktikası Mərkəzinin alimləri Çində virusa yoluxma ilə bağlı 13 ilkin hadisənin bazarla bağlı olmadığını sübut ediblər.
Azad Səs"Ren TV"yə istinadən bildirir ki, Britaniyanın “The Sun” nəşrinin məlumatına görə, tədqiqatçılar Uhandakı dəniz məhsulları bazarından infeksiyanın ilkin mənbəyi hesab olunan nümunələri sınaqdan keçiriblər və xəstəlik əlamətləri tapmayıblar. Beləliklə, insanın koronavirus ilə ilk yoluxma hadisəsi, çox güman ki, bazarda deyil, başqa bir yerdə baş verib.
Yeni növ koronavirusun yaratdığı COVID-19 sətəlcəm ilk dəfə 2019-cu ilin dekabr ayında Uhan şəhərində qeydə alınıb. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi elan edib.