Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu keçdi
- 21-09-2020, 11:53
- Dünya
![](/uploads/posts/2020-09/medium/1600678344_ccc.jpg)
''Azad Səs'' Axşam.az-a istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Universitetin məlumatına görə, hazırda dünyada koronavirus infeksiyasına yoluxma hallarının sayı 31 028 757 nəfərə çatıb, COVID-19 diaqnozu qoyulmuş 960 698 nəfər isə vəfat edib.
Bu müddət ərzində 21,2 milyondan çox insan müalicə olunaraq sağalıb.