F-16 məsələsi Rusiya və İrana mesaj idi - Ekspert
- 26-10-2020, 15:21
- Siyasət
“Rusiyanın Zəngilan-Qubadlı-Laçın zolağında bayraq nümayişi, İranın cənub-qərb sərhədimizdə hərbi təlimləri və SEPAH komandirlərinin bəyanatları Azərbaycana açıq təhdiddir”.
''Azad Səs'' Modern.az-a istinadən xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin bu təhdidlərə qarşı açıq mətnlə bildirdi ki, siz müdaxilə etsəniz, Türkiyə də edəcək. Yəni "F-16 məsələsi Rusiya və İrana mesaj idi".
“İranın Xəzərdəki provokasiyalarına cavab olaraq, Türkiyə F-5 döyüş təyyarələrinin 2001-ci ilin avqustunda Azərbaycana gəlib, Xəzər və Bakı üzərində uçuşlar keçirməsini xatırlatmaq yerinə düşər”,-Ş.Cəfərli bildirib.
Ekspert deyib ki, xarici təzyiqləri dəf etmək üçün Azərbaycanda xalq-dövlət (hökumət) birliyinə bəlkə də heç vaxt olmadığı qədər ehtiyac yaranıb.
“Bu baxımdan prezidentin çıxışında bir məqam diqqətimi çəkdi. O, Mütəllibov iqtidarını milli olmamaqda ittiham etdiyi halda, bu dəfə Elçibəy dövrünün (AXC-Müsavat) üzərindən sükutla keçdi. Bu da həmin qüvvələrin hazırda toplumda müəyyən çəkiyə və mövqeyə sahib olması ilə əlaqədardır. Yəni bu qüvvələrə qarşı əvvəlki ritorika və siyasətin heç yeri deyil, faydası da ola bilməz.
Tarixi mərhələdən keçirik və nə qədər şablon səslənsə də, yalnız birlik və bərabərliklə bu sınaqdan maksimum qazancla, hərbi-siyasi qələbə ilə çıxmaq mümkündür”.
Xatırladaq ki, İlham Əliyev bu gün Dövlət Televiziyası ilə xalq müraciət edərkən xarici jirnalistləri nəzərdə tutaraq deyib:
“Sual verirlər Türkiyənin F-16-ları nə gəzir sizdə? Mən cavab verməkdən yorulmuşam. Gedin açın, peykiniz var də, görmürsünüz nə gəzir? Gedin baxın da, F-16 neyniyir, havadadır, ya yerdədir?”
Dövlət başçısı deyib ki, hər kəs bilir ki, təyyarələr yerdədir: “Özü də təlimlər üçün gəlib və müharibə başlayanda qalıbdır. Türkiyəli qardaşlarımız onları bizə mənəvi dəstək vermək üçün saxlayıblar. Bir də ki, əgər bizə qarşı kənardan aqressiya olarsa, onlar o F-16-ları görəcəklər. Yaxşı, cəmi 5-6 təyyarə aeroportda qalıbdır. Bunu hər dəfə sual verirlər”.