azadses.az » Siyasət » Ekspert: “Rusiya Qarabağda Ermənistanın müdafiə xəttini gücləndirir”

Ekspert: “Rusiya Qarabağda Ermənistanın müdafiə xəttini gücləndirir”

Rusiyanın Ermənistanı silahlandırması ilk fakt deyil. Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Rusiya Ermənistana müxtəlif sahələrdə dəstək nümayiş etdirib.
Bu ilin iyulun 12-dən etibarən Ermənistanın Azərbaycanla sərhəd rayonu - Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinə basqın cəhdləri uğursuzluqla nəticələndikdən sonra Rusiya dövriyyəyə girib.
Rusiya dəstəyini başqa ad altında ifadə edib. Tovuz döyüşlərindən sonra Rusiya ilə Ermənistanın birgə hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi təlimlərə başlaması da bunun əyani sübutudur.
Təlimlərə Tovuz döyüşlərindən sonra start verilməsinin üzərindən sükutla keçmək olmaz.
Nəzərə alaq ki, Tovuzdakı döyüşlərdə dronların xüsusi çəkisi var idi. Xatırladaq ki, Azərbaycan Ordusu dəfələrlə Ermənistan silahlı bölmələrinə məxsus pilotsuz aparatları məhv edib.
Rusiya-Ermənistanın birgə təlimlərində şərti düşmənin kəşfiyyat və zərbə dronlarına qarşı mübarizə metodları tətbiq olunub.
Ümumiyyətlə, məlum olub ki, iyulun 17-dən bu günə kimi Rusiyadan Ermənistana 400 tondan artıq hərbi təyinatlı yüklərin daşınması intensiv xarakter alıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya dövlət başçısı Vladimir Putinlə avqustun 12-də baş tutan telefon danışığı zamanı bildirib.
Rusiya Qazaxıstan, İran və Türkmənistanın hava məkanından istifadə etməklə Ermənistana silah göndərib.
İlham Əliyev Rusiyanın Ermənistanı silahlandırmasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Vladimir Putinin diqqətinə çatdırıb.
Avqustun 16-sı isə sosial şəbəkələrdə və mətbuatda Rusiyanın Ermənistana növbəti partiya silah-sursat göndərməsi barədə məlumatlar yayılıb.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri, ekspert Fərid Şəfiyev mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Rusiyanın Ermənistanı dəstəkləməsi ilk hal deyil.
“Rusiya Ermənistanla siyasi və hərbi müttəfiqdir, Rusiyanın Gümrüdə hərbi bazası var. Bunlar bizim üçün sirr deyil. Rusiya 1990-cı illərdə də Ermənistana silahlar ötürüb”, - deyə F.Şəfiyev bildirib.
Politoloq hesab edir ki, 2016-cı ilin Aprel döyüşlərindən sonra Rusiya və Ermənistan özünün zəif nöqtələrini müəyyənləşdirməyə başlayıb.Onun fikrincə, Rusiya Aprel müharibəsindən sonra danışıqlarda daha intensiv iştirak edəcəyi və müəyyən irəliləyişlərin olacağı barədə Azərbaycana vəd verib.
“Ancaq təəssüflər olsun ki, bu dörd il ərzində danışıqlar prosesində heç bir irəliləyiş əldə olunmadı. Rusiya ötən müddət ərzində Ermənistanı köklü şəkildə silahlandırmağa davam edib”.
“Beyin mərkəzi”nin sədri düşünür ki, Rusiya Ermənistana dəstəyi ilə Azərbaycanın işğal altında olan ərazilərində, Qarabağda Ermənistanın müdafiə xəttini gücləndirir.
“Tovuz döyüşlərindən sonra Rusiya və Ermənistanın birgə təlimləri, dronlara qarşı elektron müharibə metodlarının tətbiqi məhz Ermənistanın gücləndirilməsinə yönəlib”, - deyə F.Şəfiyev əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Nərimanovda 19 yaşlı gənci avtomobil vurub
  2. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  3. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  4. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  5. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  6. Bakıda yolu keçən qadını avtomobil vurub
  7. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  8. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  9. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  10. Sumqayıtda təlim maşını yanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib