azadses.az » Siyasət » "Türkiyə bəyan etdi: "Sən qarışsan, mən də qarışacam"

"Türkiyə bəyan etdi: "Sən qarışsan, mən də qarışacam"

"Türkiyə ilə birgə genişmiqyaslı hərbi təlimlərdən sonra Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi mövzusu ictimai gündəmə gəldi. Bir çox digər mövzular kimi, təəssüf ki, sosial şəbəkədə "geosiyasi xətt" üzrə bölünməyə daha bir səbəb oldu. Ümumiyyətlə, bölünməyə bəndik, sanki bölünmə üçün bəhanə axtarırıq"
"MediaPost"un məlumatına görə, bunu hərbi icmalçı Nazim Bayram deyib.
Ekspertin fikrincə, "bazalar olsun ya olmasın" çox nəzəri və hazırki - istər qanunvericiliyimiz və aparılan siyasi kurs, istər indiki geosiyasi - şəraitdə hipotetik məsələdir:
"Buna görə bölücülüyə dəyməz. "Qaşınmayan yerdən qan çıxardanlar"- millətin birliyini görməyə gözü olmayan aramızdakı "qarnı qurdlular" və milləti bölmək üzərində xüsusi işləyən, xaricdən tapşırıq alanlardır. Bazaların yerləşdirilməsinin siyasi tərəflərinə keçməzdən əvvəl deməliyəm ki, dövlətimin müstəqilliyi haqqında ülvi təsəvvürümə görə ölkəmizdə heç bir daimi xarici hərbi baza yerləşdirilməməlidir. Bu, mənim şəxsi və milli ləyaqət hissimdən gələn daxili inamımdır".
N. Bayram bildirib ki, indiki vəziyyətdə Ermənistan Naxçıvanı təhdid etsə, bu halda Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər:
"Türkiyəyə gəldikdə, 1921-ci il Rusiyanın da imzaladığı və qüvvədə olan Qars müqaviləsinə uyğun, Türkiyə Naxçıvanın (Azərbaycandan başqa) üçüncü tərəfə verilməyəcəyinin zaminidir. Ermənistan Naxçıvana təhdid etsə, Türkiyə Naxçıvanda (Azərbaycanın razılığı ilə) hərbi bazalar yerləşdirə bilər. Türkiyə Cümhuriyyətinin Naxçıvanın təhlükəsizliyinə zamin olması Azərbaycan üçün əslində artıq böyük üstünlük və böyük yüngüllükdür. Türkiyənin daimi hərbi bazası Azərbaycanda yerləşdirilsə bu, təhlükəsizliyimizi möhkəmləndirməyin əksinə, ölkəmizi daha bir Rusiya-Türkiyə, Rusiya-NATO geosiyasi qarşıdurması zolağına çevirə bilər. Ona görə düşünmürəm ki, Azərbaycan iqtidarı mövcud regional qayğılarını nəhənglərin qlobal qarşıdurma predmeti etməklə, həllinə nal ola biləcəyinə ümid eləsin".
"Biz "iki nəfərə qarşı tək" idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi"
"İstək və arzuları kənara qoyub, gerçəyi gerçək faktorlarla qiymətləndirsək, Türkiyənin regiona məxsusluğu və indiki statusu, Azərbaycanla 2010-cu ildə imzaladığı hərbi tərəfdaşlıq sazişindən irəli gələn hüquqi baza və bizə hərtərəfli arxa durması Azərbaycanın ərazi bütövlüyü məsələsini həll etməyə kifayətdir. Bu potensialın hələ yarısı belə gerçəkləşməyib, ancaq regionda xeyrimizə olan yeni düzəni artıq yaratmaqdadır. Yeni düzənin mənası budur ki, indiyə kimi Ermənistanın arxasında Rusiya dayanmışdı və biz "iki nəfərə qarşı tək" idik, indi isə Türkiyə arxamızda olduğunu açıq bəyan etdi və təbii ki, bəyanatların ünvanı Rusiyadır - "sən qarışsan, mən də qarışacam". Rusiya münaqişəyə hərbi müdaxilə etsə, Türkiyə də edəcək. Başqa regionlarda əmin olduğu kimi, Putin inanır ki, Ərdoğan bunu edəcək. Bununla, Türkiyə Rusiya üçün çəkindirici rol oynayır. Bu isə, o deməkdir ki, Azərbaycanın Ermənistanla təkbətək döyüşməsinə şərait yaranıb. Türkiyə qardaşlığını bu cür edir. İndi söz bizimdir", - deyə, hərbi icmalçı bildirib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?