ABŞ-dan İrana kömək şərti
- 5-02-2020, 10:33
- Dünya
Tramp Tehrana iqtisadi vəziyyəti düzəltmək üçün kömək etməyə hazır olduqlarını deyib, amma...
Əgər Tehran Vaşinqtonun daha öncəki tələblərini yerinə yetirsə Birləşmiş Ştatlar qısa zamanda İrana qarşı tədbiq edilən sanksiyaları aradan qaldıra və ona iqtisadiyyatın vəziyyətini daha da yaxşılaşdırmağa kömək edə bilər. Bunu Senat və Nümayəndələr palatasında illik ənənəvi müraciəti ilə çıxış edən ABŞ lideri Donald Tramp deyib.
O, deyib ki, İran nüvə silahı əldə etmək cəhdlərinə, terror, ölüm yaymağa son qoymalı, eləcə də öz xalqının mənafeyi naminə çalışmağa başlamalıdır. "Bizim sərt sanksiyalarımıza görə İranın iqtisadiyyatı çox zəifləyib. Biz onlara bunu qısa müddətdə bərpa etməyə kömək edə bilərik. Biz burdayıq. Görək onlar hansı yolu seçirlər. Bu tamamilə onlardan asılıdır".
Dövlət başçısı növbəti dəfə İraqda öldürülən general Qasim Süleymanini terrorçu adlandırıb. "Bizim terrorçulara mesajımız aydındır: Heç vaxt Amerika ədalətindən qaça bilməyəcəksiniz. Əgər bizim vətəndaşlarımıza hücum etsəniz, öz həyatınızla vidalaşmalı olacaqsınız".