COVID-19-a yoluxmaqdan şübhələnən zaman nə etməli?
- 24-10-2020, 13:30
- Dünya
''Azad Səs'' Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Praym”a tibb üzrə rusiyalı ekspert Vladislav Məhəmməd Əli danışıb.
“Şübhə azdırsa təcili yardım briqadasını çağırmağa ehtiyac yoxdur. Yaxşı olar ki, sahə həkimini çağırasınız, o, gəlib sizi müayinə etsin və suallarını versin. Xəstənin ümumi vəziyyəti ağırlaşdıqda və ya pisləşdikdə təcili yardım çağırmaq lazımdır”, - deyə ekspert izah edib.
Onun sözlərinə görə, ehtiyac yaranarsa, sahə həkimi müayinələr təyin edəcək və ya lazımi göstərişlər verəcək. Bundan sonra, klinikaya getmədən həkim evə gələndə COVID-19 testini istəyə bilərsiniz.
Həkim qeyd edib ki, koronavirus infeksiyasından şübhələnən şəxslər, mümkün qədər ailəsi ilə əlaqəni məhdudlaşdırmalıdırlar:
“Müayinələr COVID-19-u təsdiqlədikdə, bütün ailənin təcrid olunmasına ehtiyac var”.