Prezident: "Türkiyədən, Pakistandan yalnız mənəvi və siyasi dəstək alırıq"
- 16-10-2020, 17:17
- Siyasət
“Türkiyə və Pakistan bizə ilk dəstək olan ölkələrdir. Ondan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan bizə açıq dəstək göstərdi”.
“Azad Səs” xəbər verir ki, bunu Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
“Ən çox dəstək göstərən qardaş Türkiyə olub və mənim qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan ilk saatlarda çox dəqiq mesajlar verdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizi daha da ruhlandırdı. Ancaq əsgəri dəstəkdən söhbət gedə bilməz. Buna ehtiyac yoxdur. Bu gün Ermənistan baş naziri tərəfindən uydurulan yanlış məlumat, əlbəttə ki, beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlib. Məsələn, dünən Rusiya televiziyasına verdiyi açıqlamasında deyib ki, Azərbaycan tərəfində Türkiyə vuruşur, Pakistan vuruşur, Suriyadan olan əsgərlər vuruşur. Bunlar hamısı yalandır. Bu yalanı ifşa etmək o qədər də çətin məsələ deyil”, - Prezident əlavə edib.
Prezident qeyd edib ki, Azərbaycanın Türkiyədən və Pakistandan və başqa qardaş ölkələrdən aldığımız dəstək yalnız mənəvi və siyasi dəstəkdir.