azadses.az » Siyasət » Rusiyaya xəyanət edən Paşinyan bu dəfə ABŞ-a yalvardı

Rusiyaya xəyanət edən Paşinyan bu dəfə ABŞ-a yalvardı

Sentyabrın 27-dən etibarən Ermənistanın işğal etdiyi torpaqları bir-bir azad edən Azərbaycana xaricdən çoxsaylı təzyiqlər edilir. ''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, məqsəd ordumuzun zərbələrindən acınacaqlı vəziyyətə düşən Ermənistanı xilas etməkdir. 30 ildir ki, mövcud duruma səssiz qalanlar indi hərbi əməliyyatların dayandırılmasıyla bağlı bəyanatlar verirlər. 
Azərbaycan isə baza prinsipləri əsasında Ermənistanın “vaxt cədvəli”ni təqdim etməklə münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır. Ancaq məlum olub ki, bu günlərdə BMT Təhlükəsizlik Şurasında məsləhətləşmələr zamanı Azərbaycana növbəti siyasi təzyiq edilib. 
Ötən gün Prezident İlham Əliyev Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə keçirdiyi operativ müşavirədə bu məsələyə toxunub. Prezident vurğulayıb ki, bir neçə gün bundan əvvəl həmsədr ölkələr tərəfindən BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. Həmin iclasda bizi qane etməyən və 1993-cü ildə qəbul edilmiş qətnamələr üzərindən faktiki olaraq xətt çəkmək mənası daşıyan sənəd irəli sürülüb: “Biz buna qəti şəkildə etiraz etdik. Bu, ədalətsizliyin növbəti təzahürüdür, ikili standartların növbəti təzahürüdür. 1993-cü ildə qəbul edilmiş qətnamələr Azərbaycanın ərazi bütövlüyü haqqında açıq-aydın mövqe bildirir. 1993-cü ildə qəbul edilmiş qətnamələr tələb edir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan tam, dərhal və qeyd-şərtsiz çıxarılmalıdır.
Bu günlərdə təqdim edilən layihədə isə bu müddəalar yoxdur. Bir sözlə, bu addım Azərbaycana qarşı növbəti təxribat kimi qiymətləndirilir. Biz öz səsimizi ucaltmışıq və şadam ki, Təhlükəsizlik Şurasına üzv ölkələrin bir neçəsi buna etiraz edib. Baxmayaraq ki, onlara böyük dövlətlər tərəfindən təzyiqlər göstərilib. Ancaq bu ölkələr Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatına üzv ölkələrdir. Azərbaycana onlar tərəfindən göstərilən dəstək əlbəttə ki, çox yüksək qiymətləndirilir və onu göstərir ki, Qoşulmama Hərəkatı çərçivəsində yüksək səviyyəli həmrəylik var. 
Bir sözlə, bu siyasi addım iflasa uğradı, heç bir sənəd qəbul edilmədi və hesab edirəm ki, bu, bizim növbəti siyasi qələbəmizdir. Necə ki, döyüş meydanında biz qələbə qazanırıq, siyasi müstəvidə də qələbə qazanırıq”.
Azərbaycanın müzəffər Ordusu BMT-nin qətnamələrini bu gün döyüş meydanında özü yerinə yetirir. Milli Məclisin deputatı Erkin Qədirli də mövzu ilə bağlı bildirib ki, Qubadlının geriyə alınmasıyla 874 saylı qətnamə artıq yerinə yetirilib: “874 saylı qətnaməyə Füzuli və Cəbrayıl rayonları da daxildir: “Bundan əvvəl 884 saylı qətnamə aktuallığını itirmişdi (Zəngilan). İndi 853 saylı (Laçın və Ağdam) və 822 (Kəlbəcər, Şuşa, Xoçalı və s.) yerinə yetirilməsi qalır”.
Bu arada bildirək ki, ATƏT-in həmsədrlərinin 25 oktyabr bəyanatının ilkin layihəsi indiki mətndən tamamilə fərqlənirdi. Azərbaycan tərəfi qəti mövqe nümayiş etdirərək açıqlamanın birtərəfli olmasını, yəni onun ancaq humanitar atəşkəs ilə məhdudlaşdırılmasının qarşısını almağa nail olub.
Bəyanatlarda isə söhbət atəşkəsdən deyil, humanitar atəşkəsdən gedir. Belə ki, bəyanatda yer alan atəşkəsin monitorinqi üzrə parametrlər məsələsi münaqişənin müffəsəl həlli prosesi ilə paralel getməlidir. 
Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi Ermənistanın “vaxt cədvəli” əsasında işğal etdiyi torpaqlardan çıxarılmasıyla bağlı bənd bəyanatda öz əksini tapıb. 
Eyni zamanda, atəşkəsin monitorinqi üzrə parametrlər Ermənistandan işğal olunmuş ərazilərə silah, canlı qüvvə daşınmasına nəzarət olunmasını da ehtiva etməlidir.
Ancaq ölkə Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, Ermənistana müxtəlif mənbələrdən silahların daşınması davam edir: “Bu gün Ermənistan silahlanır. Hər gün Ermənistana ən müasir silahlar göndərilir. Bu silahların siyahısı bizdə var. Reyslərin bütün məlumatları bizdədir, nə vaxt, haradan, hansı şəhərdən uçub və Yerevana nə vaxt gəlib və içində nə var”- Ali Baş Komandan qeyd edib.
Reallıq isə ondan ibarətdir ki, oktyabrın 10-dan etibarən 3 dəfə humanitar atəşkəs əldə edilməsinə baxmayaraq hər üç atəşkəs Ermənistan tərəfindən kobud sürətdə pozulub. Sonuncu dəfə bu gün əldə edilmiş atəşkəs rejimi də səhər saat 08:00-dan Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə pozulub.  Belə ki, Laçın şəhəri istiqamətindən Laçının Səfiyan kəndində yerləşən Azərbaycan Ordusunun bölmələri və Tərtər şəhəri və rayonun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulub. Həmçinin Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının da əraziləri düşmən tərəfindən atəşə tutulur.
Prezidentin köməkçisi Hikmət Hacıyevin də vurğuladığı kimi, hazırda Azərbaycan tərəfi təmkin nümayiş etdirir: “Humanitar atəşkəsin pozulması barədə məlumatlar toplanır və aidiyyəti üzrə həmsədr ölkələrə məlumat verilir”.
Ermənistan tərəfindən 3-cü dəfə pozulan humanitar atəşkəsə Azərbaycan  qətiyyətlə cavab verəcək. 
Xatırladaq ki, Ermənistanın Baş naziri  Nikol Paşinyan bir neçə gün əvvəl açıqlamasında baza prinsiplərini rədd etdiyini bəyan etmişdi. O, çıxışında Dağlıq Qarabağ münaqişəsinin diplomatik həllinin olmadığını bildirmişdi. Rusiyaya xəyanət edərək Qərbə üz tutan Nikol Paşinyan bu dəfə də danışıqlar üçün Amerika Birləşmiş Ştatlarına yalvardı. Amma yenə də danışıqlarda əldə edilmiş  humanitar atəşkəslə bağlı bəndə əməl etmədi. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Digahda avtomobillə vurulan piyada xəstəxanada ölüb
  2. Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
  3. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  4. Binədə yolu keçən qadını avtomobil vurub
  5. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  6. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  7. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  8. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  9. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  10. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?