Dağlıq Qarabağın azərbaycanlı icmasının sədri ermənilərə xəbərdarlıq edib
- 18-09-2020, 13:50
- Siyasət
“Xankəndi Qarabağın göz bəbəyi kimi şəhərdir. Mən Xankəndi sakinləri adından buradan düşmənlərimizə mesaj göndərirəm ki, biz Xankəndində törədilmiş qırğın və talanları yaddan çıxarmamışıq”.
“Azad Səs” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasında 1988-ci ilin sentyabrın 18-də Xankəndi şəhərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi terror hərəkətlərinə həsr olunan mətbuat konfransında icma sədri Tural Gəncəliyev deyib.
“Biz o torpaqları şanlı ordumuzun köməkliyi ilə lazımsız terrorçu ünsürlərdən təmizləyəcəyik. Düşmənlər bizim istəyimizin qarşısında dura bilməyəcəklər. Torpaqlarımızın işğal altında olması müvəqqətidir. Düşmənlərimiz bizim əzmimizi bilirlər və çox narahatlıq keçirirlər. Ermənistanın təvavüz siyasətinin bitməsinə az qalıb. Biz həmin terroçulardan haqq-hesab soracağıq. Bu işğal müvəqqətidir, ermənilərin işğal edilmiş torpaqlarımızda olması müvəqqətidir. Bizim istəyimiz qarşısında Ermənistanın və onun havadarlarının orduları tab gətirə bilməyəcəklər. Öz torpaqlarımıza tezliklə geri qayıdacağımız barədə düşmənə açıq mesaj veririk. Biz Xankəndi və Qarabağ övladları olaraq artıq öz torpaqlarımıza geri dönmək əzmindəyik. Haqq-ədalət və beynəlxaq hüquq da bizim tərəfimizdədir”, T.Gəncəliyev bildirib.
Report.az