azadses.az » Siyasət » Gənc YAP fəalı Hüseyn Qurbanov Vidadi İsgəndərliyə: "Vicdanın olmadığına görə ona and içirsən"

Gənc YAP fəalı Hüseyn Qurbanov Vidadi İsgəndərliyə: "Vicdanın olmadığına görə ona and içirsən"

"Vidadi İsgəndərli, sənə səslənirəm. Bəs bunları ermənilər etməyibsə, kim edib? Vicdanına and içirsən ki, ermənilər bizə heç nə etməyib. Əgər o vicdan səndə varsa... Mən belə hesab edirəm ki, o şey səndə olmadığına görə ona and içirsən". Bu sözləri Yeni, Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü Hüseyn Qurbanov bildirib azərbaycanlı mühacir Vidadi İsgəndərlinin ermənilərin işğalçılıq siyasətini dəstəkləyən çıxışına münasibət bildirərkən deyib.   "Bu gün mətbuatda xaricdə oturub Azərbaycana və Azərbaycan hakimiyyətinə düşmən kəsilən, "sapı özümüzdən olan bəzi baltaların"  fikirləri ilə tanış oldum. Birinci növbədə qeyd edim ki, Vidadi İsgəndərli vicdanına and içir ki, ermənilər bizə heç bir pislik etməyiblər. Mən bunu təbii ki, təəccüblə və dəhşətlə qarşıladım. Bəs bizim torpaqlarımızın işğalı, Qarabağımızın işğalı, 30 mindən yuxarı verdiyimiz şəhidlər, Xocalıda baş verənlər? Qadınlarımızın, uşaqlarımızın, yaşlılarımızın kütləvi şəkildə məhv edilməsi, bir gecədə 632 nəfər Azərbaycan vətəndaşının məhz azərbaycanlı olduğuna görə öldürülməsi, 1278 nəfərin əsir və girov götürülməsi... Vidadi İsgəndərov, sənə səslənirəm. Bəs bunları ermənilər etməyibsə, kim edib? Vicdanına and içirsən ki, ermənilər bizə heç nə etməyib. Əgər o vicdan səndə varsa... Mən belə hesab edirəm ki, o şey səndə olmadığına görə ona and içirsən. Siz siyasi hakimiyyətə rəqib ola bilərsiniz, müxalif ola bilərsiniz, fikirlərinizi bildirə bilərsiniz. Amma milli məsələdə, dövlət məsələsində, milli maraqlar məsələsində, torpaq məsələsində sən necə ermənilərin yanında ola bilərsən? Təəssüflər, çox təəssüflər. Xalq sizin kimiləri heç vaxt bağışlamayacaq" - deyə Hüseyn Qurbanov bildirib.   Hüseyn Qurbanov bu həssas məqamda Azərbaycana qarşı olan, erməniləri dəstəkləyən və mühacirətdə yaşayan bəzi qüvvələrin bir mərkəzdən idarə olunduğunu vurğulayaraq, Vidadi İsgəndərlidən savayı, Sevinc Osmanqızı və keçmiş səfir Arif Məmmədova da səslənib:  "Eyni zamanda, mən sanki bir mərkəzdən idarə olunan ABŞ-da olan Sevinc Osmanqızına səslənirəm. Bəs sizin atanızı, Osman Mirzəyevi kim qətlə yetirib? Bir fikirləşin. Hətta Qarabağ məsələsində belə hakimiyyəti günahlandırmaq bu Allahsızlıqdır. İnsanlar öz etirazlarını bu və digər formada bildirirsə, Avropada onların bu etirazına qarşı ermənilər güc və zor tətbiq edirsə, burada günahı Azərbaycan hakimiyyətində axtarmaq lazımdı, ya ermənilərin vəhşiliyində? Eyni zamanda, Arif Məmmədov yenə də Avropada baş verən hadisələrdə Azərbaycan hakimiyyətini gümahlandırmağa çalışır. Siz hamınız bir mərkəzdən idarə olunursunuz və siz hamınız bu dövlətə düşmən kəsilməklə bütün körpüləri qırmısınız. Azərbaycan xalqı sizin kimiləri heç vaxt bağışlamayacaq". Xatırladaq ki, mühacirətdə yaşayan bəzi azərbaycanlılar, o cümlədən Vidadi İsgəndərli sosial şəbəkələr vasitəsilə Ermənistanın terrorçu və işğalçılıq siyasətinə haqq qazandıran açıq fikirlər səsləndiriblər. 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Sabahın hava proqnozu: Leysan xarakterli yağış yağacaq, şimşək çaxacaq
  2. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  3. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  4. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  5. Şabranda evə basqın olub, ölən və yaralanan var
  6. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  7. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  8. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  9. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  10. Bakıda yolu keçən kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”