Avropa Parlamentinin yeni Qarabağ bəyanatı Ermənistanı şoka saldı
- 12-06-2020, 10:33
- Manset
Avropa Parlamentinin (AP) Cənubi Qafqaz üzrə məruzəçilərinin Ermənistan və Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə bəyanatı Ermənistanda şok effekti doğurub.
Azad Səs-in məlumatına görə, birgə bəyanatı Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Trayan Besesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurand imzalayıblar.
Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Qeyd olunur ki, yaxın vaxtlarda Ermənistan və Dağlıq Qarabağı birləşdirən üçüncü avtomobil yolunun inşasının başlayacağı elan edilmişdi. Bu yeni yol infrastrukturu işğal altında olan Qubadlı və Cəbrayıl rayonlarını keçərək Ermənistanın Qafan rayonunu Dağlıq Qarabağın Hadrut rayonu ilə birləşdirəcək: "Prinsip etibarı ilə biz Şərq Qonşuluğundakı regional əməkdaşlığı, əlaqələri və insanlar arasındakı əlaqələri inkişaf etdirən layihələri dəstəkləyirik. Lakin bu magistralın inşası qərarı Azərbaycanın səlahiyyətli orqanlarının razılığı olmadan qəbul edilib və beynəlxalq hüquq pozulub. Bundan əlavə, bu addım Dağlıq Qarabağın və ətraf rayonların qanunsuz işğalını simvolik olaraq əhatə edə bilər. Buna görə də bu təşəbbüsdən çox təəssüflənirik, çünki bu, etimad, sülh və barışıq mühiti yaratmağa kömək etmir. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərinə və onların 2009-cu ildə təsdiqlənən Əsas Prinsiplərinə dəstəyimizi bir daha bəyan edirik. Bu vasitəçiliyin uğur qazanması üçün biz Ermənistan və Azərbaycan hakimiyyətlərini Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda öz öhdəliklərini gücləndirməyə çağırırıq”.
Göründüyü kimi, Avropa institutları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində respublikamızın ədalətli mövqeyini dəstəkləyirlər. "Azərbaycanın işğal altında olan əraziləri” ifadəsi isə Avropa təsisatları tərəfindən işğal faktının təsdiq olunduğunu əyani şəkildə göstərir.
Azərbaycan diplomatiyasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar uğurlarından biri isə beynəlxalq miqyasda Ermənistana işğal etdiyi ərazilərdən öz silahlı qüvvələrini çıxarmasına dair müraciətlərin sayının çoxalması və bunun konkret rəsmi sənədlərdə əksini tapmasıdır. Bu kontekstdə isə 2010-cu ilin may ayında Avropa Parlamentinin Cənubi Qafqazla bağlı qəbul etdiyi "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına tələb” adlı qətnamə də xüsusi diqqət cəlb edir. Bolqarıstandan olan deputat Yevgeni Kirillovun hazırladığı qətnamədə bildirilir ki, Azərbaycan, Ermənistan və Gürcüstan 2004-cü ildən Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq etsələr də, bölgə ilə bağlı kompleks regional strategiya mövcud deyil. Bildirilir ki, Avropa İttifaqı Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələrlə əlaqədar bu regionla münasibətində mürəkkəb geosiyasi situasiya ilə üzləşir, həmçinin Ermənistan-Türkiyə münasibətlərində də gərginlik mövcuddur. Regionda münaqişəli situasiyaların qəbulolunmazlığını bildirən Avropa Parlamenti Ermənistanı öz silahlı qüvvələrini işğal etdikləri Azərbaycan torpaqlarından çıxarmağa çağırır. Qətnamədə bildirilir ki, münaqişələrin mövcudluğu iqtisadi və sosial inkişaf qarşısında ən böyük maneədir. Bununla yanaşı, Avropa deputatları Dağlıq Qarabağ münaqişəsi zamanı və ya münaqişə ilə əlaqədar evlərini tərk edərək yüz minlərlə qaçqın və məcburi köçkünlərin didərgin düşmələri faktı və onların geri qayıtmaq hüquqları da daxil olmaqla, hüquqlarının inkar olunması ilə əlaqədar öz ciddi narahatlıqlarını bildirirlər və bu hüquqların birmənalı və qeyd-şərtsiz tanınmasına çağıraraq onların təcili reallaşdırılmasını xüsusilə qeyd edirlər.
Beləliklə, Avropa Parlamenti qarşıdakı dövr üçün münaqişənin həlli cəhdlərinin sürətləndirilməsinə, beynəlxalq səviyyədə əsası olmayan və zor gücünə yaradılmış status-kvonun qorunub saxlanılmasından imtina etməyə çağıraraq Ermənistanın silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir.