azadses.az » Cəmiyyət » QHT sədri: Birləşək – qalib gələk!

QHT sədri: Birləşək – qalib gələk!

Ölkədə savaş gedir...
Bir yox, iki cəbhədə...

Bir tərəfdən dünyanı bürümüş ümumbəşəri bəla əhalini sərt karantin rejimində həyat tərzinə məhkum edərək can almaqda davam edir, digər tərəfdən illərdir ki, bəşəriyyətin gözü qarşısında torpaqlarımızı işğal altında saxlayan erməni qəsbkarları atəşkəs rejimini pozub qanlı təxribatlara əl atırlar.

Bir savaşda fədakar tibb işçiləri ölkə vətəndaşlarının sağlamlığı uğrunda həm özləri, həm də doğmalarının həyatını təhlükə altına qoyur, digər savaşda mərd əsgərlər torpaqlarımızın azadlığı uğrunda şəhid olurlar.    

İki cəbhədə vuruşmaq çətindir. Olduqca çətindir...

İtkilər az deyil. Yaşadığımız pandemiya dövründə yoluxucu ağır xəstəlikdən dünyasını dəyişən müxtəlif yaşda vətəndaşlarımız sırasına son günlər cəbhə bölgəsində qanlı döyüşlərdə şəhid olmuş gənclərimiz də qatıldı.

Ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində törətdikləri növbəti hərbi təxribat nəticəsində hərbçilərimiz həlak oldular. Düşmənin növbəti təxribatının qarşısı qətiyyətlə alınsa da, ermənilərə adekvat cavab verilsə də, sərhəddə gərgin vəziyyət davam etməkdədir. Amma düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərir ki, Azərbaycan öz sərhədlərini bundan sonra da qətiyyətlə qoruyacaq  və öz ərazi bütövlüyünü bərpa edəcəkdir.

Bu fikir Təhlükəsizlik Şurasının iyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilmiş iclasında bir daha vurğulanıb. Hərbi təxribatı ermənilərin təcavüzkar siyasətinin təzahürü adlandıran Ali Baş Komandan dərin məzmunlu çıxışında baş vermiş hadisənin geniş siyasi təhlilini verərək, xalqımızın qələbəyə olan inamını bir daha yüksəldib: “Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin”.

Düşmən üzərində qələbəni təmin edən başlıca amil isə xalqla iqtidarın birliyi, ölkə vətəndaşlarının prezident ətrafında bir yumruq kimi birləşməsi, ordumuzun döyüş ruhunun daha da yüksəldilməsidir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətini “Biz bir yerdə güclüyük” şüarı altında dəstəkləməklə, dövlətə sadiqlik və millətə sevgi nümayiş etdirməklə, vətəndaşlıq məsuliyyətimizi tam dolğunluğu ilə dərk edib vəzifə borcumuzu layiqincə yerinə yetirməklə Böyük Qələbəyə yaxınlaşmış olarıq.

Bu gün hər iki cəbhədə savaşa sövq edilmiş Azərbaycanın qələbəsi naminə ölkə ərazisində fəaliyyət göstərən dövlət qurumları ilə qeyri-hökümət təşkilatlarının, bütün siyasi partiyaların, dilindən, dinindən, milli mənsubiyyətindən, cinsindən, yaşından və sosial durumundan asılı olmadan hər bir ölkə vətəndaşının milli birlik ideyası ətrafında birləşməsi illərdir böyük ümidlə gözlədiyimiz Qələbənin ən başlıca şərtidir.

Birləşək – qalib gələk.

 
Ruhiyyə Məmmədova,
"Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  2. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  3. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  4. Bakıda yolu keçən qadını avtomobil vurub
  5. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  6. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  7. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Sumqayıtda təlim maşını yanıb
  9. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  10. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib