azadses.az » Siyasət » Pakistan Şurasından azərbaycanlılara qarşı törədilmiş vəhşiliklə bağlı bəyanat

Pakistan Şurasından azərbaycanlılara qarşı törədilmiş vəhşiliklə bağlı bəyanat

ABŞ-ın Los- Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası 21 iyul tarixində Baş Konsulluğun qarşısında keçirilmiş aksiya zamanı erməni daşnakları tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirilmiş zorakılığı və vəhşiliyi kəskin şəkildə pisləyən bəyanat yayıb.
“Azad Səs” xəbər verir ki, bəyanatda hadisə haqda ətraflı məlumat verilərək, bunun narahatlıq doğurduğu, yaxın tarixdə Los- Ancelesdə ilk dəfə olaraq beynəlxalq münaqişə zəminində bu cür çirkin formada vəhşiliyin həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, ermənilər sakit şəkildə aksiya keçirmək əvəzinə günahsız insanlara qarşı nifrət zəminində zorakılıq və vulqarlıq nümayiş etdiriblər. Ermənilərin icma üzvlərimizə məhz azərbaycanlı olduqları üçün hücum etdikləri deyilir və məsələyə ədalətli yanaşmanın vacibliyi diqqətə çatdırılıb.
Bəyanatda, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqda danışılaraq, beynəlxalq ictimaiyyətin işğal olunmuş ərazilərimizin Azərbaycanın ərazisi kimi tanımasına baxmayaraq, buna məhəl qoymayan Ermənistanın bu qanunsuz işğalı davam etdirdiyi bildirilib. ABŞ-ın məsələ ilə bağlı mövqeyi qeyd olunaraq, onun Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı diqqətə çatdırılıb.
Bu bəyanatı yayan Pakistan Şurası, həmçinin öz üzvlərinə müraciət edərək, öz konqresmenləri ilə əlaqə saxlamalarını və erməni daşnaklarının bu zorakılığı haqda onları məlumatlandırmalarını xahiş edib.
Bəyanat ilə bu linkdə tanış olmaq olar: https://conta.cc/39Ywk00 
Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu dayanmadan artır. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu artıq uzun illərdir buradakı Pakistan icması ilə sıx münasibətlər saxlayır. 2019-cu ildə Pakistan icmasının ən böyük təşkilatı olan sözügedən Pakistan Şurası, dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə, xüsusilə Los Ancelesdə ilk dəfə Azərbaycan, Pakistan və Türk icmaları arasında üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulması sahəsindəki səylərinə görə Azərbaycanın Los- Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif edib.
Baş Konsulluq, 21 iyulda Los Ancelesdə erməni daşnaklarının soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin yerli ictimaiyyət tərəfindən pislənilməsi üçün öz səylərini davam etdirir. Pakistan icmasından öncə Los- Ancelesdə yerləşən bir sıra nüfuzlu yəhudi təşkilatları, Vyetnam icması, Türk və digər icmalar da bu zorakılıqları kəskin şəkildə pisləyiblər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. CAR-da ağır qəza: Çox sayda ölən və yaralanan var
  2. Daşkəsəndə arvadını balta ilə qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi başlanıb
  3. Bakıda ailə üzvlərini önə verərək polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
  4. Şabranda evə basqın olub, ölən və yaralanan var
  5. Ağstafada bəy və gəlin toylarında zəhərləniblər
  6. Tərtərdə 18 yaşlı gənc ehtiyatsızlıqdan ov silahından açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
  7. Abşeronda avtomobillə vurulan 82 yaşlı kişi ağır yaralanıb
  8. Binəqədidə iki nəqliyyat vasitəsi toqquşub, xəsarət alan var
  9. Bakıda yolu keçən kişini avtomobil vurub
  10. Yevlaxda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün 1 373 namizəd rezidenturaya imtahan verəcək
Bu gün Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi Ətraflı
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İngilis dili müəllimləri sertifikasiya imtahanı verəcəklər
İyunun 22-də ingilis dili müəllimləri sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində iştirak edəcəklər. Bu barədə Ətraflı
Bütün xəbərlər
«    İyun 2024    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Şou biznes
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Cennifer Lopeslə Ben Afflekin münasibətlərinin pozulmasının səbəbi məlum oldu
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Peris Hiltondan övladlarının tərbiyəsi ilə bağlı gözlənilməz açıqlama: "Qoymayacağam!"
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”