azadses.az » Siyasət » POLKOVNİK: Vəziyyət pisdir və müharibə hər an başlaya bilər

POLKOVNİK: Vəziyyət pisdir və müharibə hər an başlaya bilər

“Türkiyənin Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi dostları sevindirdiyi kimi, düşmənlərimizi qorxuya salıb”.
Bu sözləri Redaktor.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov avqustun 12-də Türkiyə Müdafiə naziri  Hulusi Akar, Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər və digər yüksək rütbəli zabitlərin Azərbaycana səfərə gəlməsi haqda danışarkən deyib. O bildirib ki, bu səfər iki ölkənin birlik və bərabərlik içərisində olduğunu bütün dünyaya göstərir:
“Dağlıq Qarabağla bağlı hazırda region təhlükəlidir, hər an müharibə ola bilər. Regionun sakitləşməsi ancaq Qarabağ münaqişəsinin həllindən sonra mümkün ola bilr. Ümumilikdə işğal altındakı torpaqların ətrafında gedən proseslər onu göstərir ki, bu münaqişənin həll etməyin vaxtı çatıb. Dağlı Qarabağ məsələsi həll olunmayana qədər regionda çoxlu problemlər ortaya çıxacaq. Fikir versəniz, böyük dövlətlər bəzən maraqlarını təmin etmək üçün qaynar nöqtələrdən istifadə edirlər. Biz bunu Suriyada, Liviyada görürük. Dağlıq Qarabağın işğal altında qalması, təkcə Azərbaycan üçün yox, bütövlükdə region üçün çox böyük təhlükə mənbəyidir. Qardaş Türkiyə də bunu yaxşı başa düşür və bu baxımdan bütövlükdə regionda sabitliyi qorumaq üçün Azərbaycana öz dəstəyini verir”.
Ekspert Türkiyənin Azərbaycanın yanında olmasını vacib hesab edir:
“Ermənistan Rusiyaya arxalanır və bütün təhlükəsizlik məsələlərinə Moskvanın prizmasından baxır. Azərbaycan üçün də  güclü bir qardaşının olması vacib amildir.
Bütün dünya bilir ki, Azərbaycanın məqsədi sadəcə torpaqlarını işğaldan azad etmək, öz torpaqlarından didərgin düşən insanları evlərinə geri qaytarmaqdır. Amma Ermənistanın arxasında dayanan qüvvələr bizim bu məqsədə çatmağımıza imkan vermir. Azərbaycana Türkiyənin dəstək olması regionda bir çox problemlərin, xüsusilə Dağlıq Qarabağın işğaldan azad olunmasında mühüm rol oynayacaq.
Həmçinin, Türkiyə kimi böyük bir dövlətin bu gün açıq şəkildə Azərbaycanın haqq davasını dəstəkləməsi düşmənə, onun havadarlarına bir mesajdır. Bu birlik düşmənin canına qorxu salır. Onlar hərbi təlimlərin başladığı ilk gündən qorxu narahatllıq içərisindədirlər.Amma istər Azərbaycan, istərsə də Türkiyə hər zaman regonda sülhü və sabitliyi qorumağa çalışıb.
Müdafiə naziri Hulusi Akar, Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, qoşun növü komandanları və digər yüksək rütbəli zabitlərin Azərbaycana gəlişinin məqsədlərindən biri də budur”.
Ş. Ramaldanov Azərbaycanın təkbətək döyüşə hazır olduğunu bildirib:
“Azərbaycan hər zaman Ermənistanla təkbətək döyüşə hazırdır. Bunu dəfələrlə ölkə başçısı Prezident İlham Əliyev də vurğulayıb. Azərbaycan və Ermənistan təkbətək müharibəyə başlasa, ordumuz qısa zamanda düşmənin ordusunu darmadağın edib, torpaqlarımızı işğaldan azad edər. Buna heç kimin şübhəsi olmasın!
Amma düşmən o qədər qorxaq və ikiüzlüdür ki, bunu qəbul etmir və öz təxribatlarına davam edir”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?