azadses.az » Siyasət » Ankarada Xocalı soyqırımının anım tədbiri keçirilib-FOTO

Ankarada Xocalı soyqırımının anım tədbiri keçirilib-FOTO

Azadsəs xəbər verir ki, 26 fevral 2019 cu il tarixdə qardaş Türkiyə Respublikasının Ankara şəhərində İç Anadolu Birliyi, Anka Azərbaycan Mədəniyyət Dərnəyi, Türkiyə Jurnalistlər Birliyi və Gazeteanka.com un birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan İç Anadolu Dərnəyinin sədri İsmət Taş dünya ictimaiyyətinin iyirmi səkkiz ildir hələ də səssiz qaldığı Xocalı soyqırımının dünyada tayı bərabəri olmayan bir vəhşilik aktı kimi qiymətləndirib. O, bu soyqırım nəticəsində qətlə yetirilən insanların, yer üzündən silinən ailələrin məsuliyyətinin təkcə bu soyqırımı törədənlərin üstündə deyil, bütövlükdə bütün dünyadakı insani dəyərlərə sahib olan insanların üstündə olduğunu bildirib. İctimai Birliyin sədri bildirib ki, əminəm ki,  bir gün bu insanlıq suçunu işləyən canilər  qanun qarşısında cavab verəcəklər. 
Daha sonra çıxış edən Anka Azərbaycan Mədəniyyət Dərnəyinin rəhbəri Derya Akdemir tarix boyunca ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər haqqında məlumat verib. D.Akdemir qeyd edib ki, tarix boyu ermənilərin türklərə qarşı törətdikləri vəhşiliklərin sayısı hədsiz hesabsızdır. Bu gün ermənilər dünyaya özlərini nə qədər məzlum, zavallı kimi təqdim etməyə cəhd göstərsələr də; əslində bütün dünya bunun belə olmadığını çox yaxşı bilir. 1905, 1918, 1948, 1988, 1992 ci illərdə ermənilərin regionda həyata keçirdikləri soyqırım aktlarına diqqət çəkən dərnək rəhbəri bu soyqırımların sadəcə Azərbaycanda deyil, eyni zamanda Anadoluda da baş verdiyini də xüsusi ilə diqqətə çatdırıb. Tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı video çarxların da göstərildiyi anım mərasimində daha sonra söz Türkiyə Jurnalistlər Birliyi Ankara şöbəsinin başqanı, gazeteanka xəbər portalının baş redaktoru Oktay Hacımusalıya verilib. Oktay Hacımusalı Azərbaycanda jurnalist kimi fəaliyyət göstərdiyi zaman Xocalı soyqırımının şahidləri ilə apardığı söhbətlər, aldığı müsahibələr haqqında danışıb. Jurnalist qeyd edib ki, Azərbaycanın güclü ordusu Cənab Ali baş komandanın bircə əmri ilə işğal edilmiş torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Və bütün dünya da bunu 2016 cı ilin aprel ayında açıq aşkar gördü. 
Daha sonra çıxış edən Yenidən Rəfah Partiyası mərkəzi idarə heyətinin üzvü, Osmanlı Diriliş Xalq Hərəkatının sədr müavini Cihad Rəhmi Akar ermənilərin Türk İslam coğrafiyasında törətdikləri vəhşiliklər haqqında danışıb və Xocalıda şəhid olan soydaşlarımıza Allahdan rəhmət diləyib.
Xocalı soyqırımının şahidləri Xocalı Soyqırımının Tanıdııması İctimai Birliyinin qadınlar şurasının sədri Ayna Novruzova və təşkilatın üzvü Sevinc Vəliyeva o məşum gün haqqında xatirələrini bölüşüblər. 
Tədbir Türkiyə Mədəniyyət Nazirliyinin sənətçisi Süleyman Yardımın ifasında ney konserti ilə davam edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  2. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  3. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  4. Bakıda yolu keçən qadını avtomobil vurub
  5. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  6. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  7. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Sumqayıtda təlim maşını yanıb
  9. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  10. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib