“Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır” - VİDEO
- 1-08-2020, 16:16
- Cəmiyyət
Ölkəmizdə davam edən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin iştirakçıları üçün “N” nömrəli hərbi hissənin əsgər klubunda təntənəli bayram mərasim keçirilib.
Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.
İki ölkənin dövlət bayraqları ilə bəzədilən salonda əvvəlcə şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, hər iki dövlətin himnləri ifa olunub.Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Müdafiə nazirinin Qurban bayramı münasibətilə təbrikləri tədbir iştirakçılarına çatdırılıb.
Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani Azərbaycan və Türkiyə xalqlarının tarixi dostluq, qardaşlıq ənənələrindən, bu münasibətlərin bu gün də möhtərəm prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında daha da möhkəmlənərək uğurla davam etdiyindən danışıb.
Ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” və Mustafa Kamal Paşanın “Sevincimiz də, kədərimiz də birdir” kəlamları mərasimin leytmotivinə çevrilib.
Keçən əsrin əvvəllərində Azərbaycan oğullarının Çanaqqala savaşında göstərdikləri qəhrəmanlıq, 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Azərbaycan Əlahiddə Korpusunun döyüşçüləri ilə birlikdə Bakını işğaldan azad etməsi, Kazım Qarabəkir Paşanın rəhbərliyi ilə Naxçıvanda ermənilərin törətdikləri qətliamlara son qoyulması minnətdarlıqla yad edilib.
Cari ilin iyul ayının 12-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı bölmələrinin təxribatı nəticəsində baş verən hərbi toqquşma barədə A.Qurbani bildirib ki, ilk gündən qardaş Türkiyə də bizə mənəvi dayaq oldu.
Qeyd edilib ki, Azərbaycan və Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə bu il də reallaşan hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri yenə də Ermənistan tərəfini qorxuya salıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi düşmən bilməlidir ki, “Erməni silahlı qüvvələri Azərbaycan torpağından dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bunu tarixi həqiqət tələb edir. Çünki, Dağlıq Qarabağ bizim tarixi torpağımızdır” - kəlamları tədbir iştirakçıları tərəfindən ayaqda alqışlanıb.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun ifasında Türkiyə və Azərbaycan xalqlarının musiqi, mahnı və rəqslərindən, savaş marşlarından ibarət konsert proqramı böyük maraqla qarşılanıb, videoçarxlar nümayiş etdirilib.
Tədbirin sonunda iştirakçılara Abdulla Qurbaninin Bakının işğaldan azad olunmasının 100 illiyi münasibətilə hazırladığı “Azərbaycan-Türkiyə: Qardaşlığın təntənəsi” adlı kitab-albomlar hədiyyə edilib.