“Terminator” müharibəsi reallığda - Mütəxəssislərdən həyəcan təbili
- 13-01-2020, 15:39
- Cəmiyyət
Kornell Universitetinin mütəxəssisləri nüvə silahlanmasında süni intellektin getdikcə daha çox tətbiqinin yaratdığı risklər barədə hesabat hazırlayıb.
“Daily Mail”in məlumatına görə, süni intellektlə çalışan cihazlar vaxt ötdükcə “nəzarətdən çıxa” və “apokaliptik müharibəyə” səbəb ola bilər.
Mütəxəssislər bu vəziyyətdən çıxış yolu kimi nüvə silahının tətbiqi ilə bağlı qərar qəbul etmək səlahiyyətlərinin insanların özlərində saxlanmasını göstəriblər.
Alimlər xəbərdarlıq ediblər ki, nüvə silahları üzərində nəzarətin süni intellekt sistemlərinə verilməsi “Terminator” tərzində müharibəyə gətirib çıxara bilər.
Eksperlərin fikrincə, hərbi potensial cəhətdən ABŞ-a çatmaq istəyən Rusiya və Çin getdikcə daha çox süni intellekt sistemlərinə meyil edir. Buna nümunə kimi, Rusiyanın pilotsuz sualtı nüvə silahı “Poseydon”u göstərmək mümkündür.