azadses.az » Cəmiyyət » Fransalı professor Azərbaycanda koronavirusun zəif yayılmasının səbəblərini açıqlayıb

Fransalı professor Azərbaycanda koronavirusun zəif yayılmasının səbəblərini açıqlayıb

“Virusun dünyada yayılma miqyası və sürətinin yüksək olmasına rəğmən Azərbaycanda epidemiyanın qarşısının alınmasına nail olunub”.
Azad Səs-in məlumatına görə, bunu Paris-Sen Universitetinin siyasi elmlər və kommunikasiya üzrə professoru Frederik Treffel deyib.
Ekspertin fikrincə, bu, görülən tədbirlərin cəldliyi və effektivliyi nəticəsində mümkün olub:
“Koronavirus bu günədək 5 qitədə yayılaraq 250 mindən çox insanın həyatına son qoyub. Azərbaycanda epidemiyanın qarşısının alınması aidiyyəti orqanların gördüyü tədbirlərin cəldliyi və effektivliyi nəticəsində mümkün olub. Amerika Birləşmiş Ştatları və Avropa virusun ən çox yayıldığı ərazilərdir ki, buna da səbəb bu dövlətlərin virusdan gec xəbər tutmaları və onun təhlükəsini gec anlamalarıdır. Fransada hətta bir-iki ay ərzində koronavirus qrip hesab edilib. Azərbaycanda isə bunun əksinə olaraq, virus tapılandan üç gün ərzində müvafiq tədbirlər görülməyə başlanılıb. Sərhədlər, habelə İranla sərhəd bağlanılıb, insanların ictimai yerlərdə toplanması qadağan edilib, məktəblər qapıları bağlanıb, virus daşıyıcısı olmaqda şübhəli bilinən insanlar karantinə götürülüb. Beləliklə, Azərbaycanda epidemiyaya cəld reaksiya verilməsi virus ilə mübarizədə öz effektini göstərib”.
Professor bilirib ki, dünyada baş verən hadisələrə münasibətdə Azərbaycanda nümayiş olunan çeviklik onun coğrafi və geosiyasi mövqeyi ilə əlaqəlidir:
“Azərbaycan Avropa ilə Asiyanın kəsişməsində yerləşir. Azərbaycan hər zaman kosmopolit və mədəni müxtəlifliyə açıq bir ölkə kimi tanınıb”.
F.Treffel hesab edir ki, Aİ ölkələrində virusun zəif, yaxud sürətlə yayılması da məhz tədbirlərə tez, yaxud gec başlanması ilə birbaşa bağlıdır:
“Almaniyada koronavirus 6 000 insanın ölümünə səbəb oldubsa, Böyük Britaniyada virus qurbanlarının sayı 30 minə yaxınlaşıb. Almaniyada virus yayılmağa başlayan kimi sərhədlər bağlanıb və tibbi nəzarət gücləndirilib, insanların fərdi qaydada virusa yoluxub-yoluxmamalarının müəyyən edilməsi kimi tədbirlər görülüb ki, həmin tədbirlər eynilə Azərbaycanda da görülüb. Fransada isə virusa ilk yoluxma halı 24 yanvar tarixində qeydə alınsa belə, bundan sonra ölkə sərhədləri açıq saxlanılıb. Şengen ölkələrinin sərhədləri yalnız 17 mart tarixində, yəni ilk yoluxma halından yalnız bir ay yarım sonra bağlanıb”.
Professor Almaniyanın timsalında bu yeni virusla mübarizədə 3 faktor - idarəetmə, iqtisadi və kütlənin psixologiyasının böyük rol oynadığını bildirib:
“İlk növbədə Almaniyada yerlərdə epidemiyaya müvafiq lazımi tədbirlər görülüb. İtaliya, İspaniyanın timsalında Cənubi Avropa dövlətlərinə nisbətən Almaniyada xəstəxanaların vəziyyəti daha yaxşıdır. Bu iki - idarəetmə və iqtisadi faktorlardan başqa daha bir faktor, xalqın psixologiyasıdır k, bu da insanların nizam- intizama, cəmiyyədə birgə yaşama qaydalarına riayət etməsidir".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?