Türkiyədən ABŞ-a qondarma erməni soyqırımı cavabı Bu gün, 09:03 | Siyasət | Baxış sayı: 44
"Bu qərar tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici nümunəsidir"
ABŞ Senatının 1915-ci il hadisələrini qondarma erməni soyqırımı kimi qəbul edən qanun layihəsini qəbul etməsi Türkiyə tərəfdən cavabsız qalmayıb. Xarici İşlər Nazirliyi qətnamə ilə bağlı açıqlama yayıb. Açıqlamada bu qərar "tarixin necə siyasiləşdirilə biləcəyinin utancverici nümunəsi" adlandırılıb.
"ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi qərarın heç bir hüquqi və tarixi əsası yoxdur. Tarixi siyasi məqsədləri üçün istifadə edənlər hədəflərinə əsla çatmayacaqlar. Bu qərar eyni zamanda ABŞ-Türkiyə münasibətlərininin inkişafı cəhdlərini uğursuzluğa uğratmağı hədəf götürən təxribatçı təşəbbüsdür".
Mövlud Çavuşoğlu tarixi siyasi məqsədlər üçün istifadə edənləri gerçəklərlə üzləşmək istəməyən qorxaqlar adlandırıb.
Rabitə naziri Fahrettin Altun da "Twitter" səhifəsindən etdiyi açıqlamada qəbul edilən layihəyə sərt reaksiya verib. "Layihə münasibətlərin gələcəyini təhlükəyə atır. Sanksiyalar və təhdidlər milli təhlükəsizliyimizi qorumaqdan əl çəkməyimizə səbəb olmayacaq".
Daha bir cavab isə prezidentin sözcüsü İbrahim Kalından gəlib. O da, qondarma soyqırımı haqıqnda qərarın yox hökmündə olduğunu bildirib. "Yox hökmündə olan bu qərar siyasi, hərbi və iqtisadi heç bir sahədə Türkiyənin haqlı, qərarlı duruşuna təsir etməyəcək.
ABŞ Senatının yanlış tarix anlayışını kiçik siyasi hesablaşmalara alət edən qərarını şiddətlə qınayır və rədd edirik".