Azərbaycan da daxil olmaqla 11 ölkənin XİN başçıları nasizmi pisləyən birgə bəyanat yayıb
Azərbaycan, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Moldova və Serbiya xarici işlər nazirləri İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi ilə bağlı birgə bəyanat imzalayıblar.
Azadsəs APA-nın Moskva müxbirinin verdiyi xəbərə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rusiya XİN rəsmi internet səhifəsində ATƏT XİN başçıları Şurasının Bratislavada keçirilən 26-cı iclasında 11 ölkənin xarici işlər nazirləri tərəfindən qəbul olunan birgə bəyanatın mətni yerləşdirilib.
Bəyanatda İkinci Dünya müharibəsinin tarixdə on milyonlarla insanın həyatına son qoyan və bəşəriyyət üçün dəhşətli əzablara səbəb olan ən şiddətli və qanlı münaqişələrdən biri olduğu qeyd olunub.
Bildirilib ki, nasizm üzərində qələbə xalqlarımızın sarsılmaz birliyi və həmrəyliyi, anti-Hitler koalisiyası ölkələrinin birgə mübarizəsi sayəsində mümkün olub.
Bəyanatda ön və arxa cəbhələrdə misilsiz şücaət və cəsarət göstərərək sivilizasiyamızı məhv olmaqdan xilas edənlərin fədakarlığı xatırlanıb: “Bizim müqəddəs borcumuz tarixi həqiqəti qorumaqdır. Biz Qızıl Ordunun əsgər və sərkərdələrinin abidələrinin, Avropanın faşistlərdən azad edilməsi uğrunda canlarını vermiş insanların məzarlarına hörmətsizliyi təhqir hesab edirik. Bu cür xatirə obyektlərinə qarşı vandalizmə heç bir haqq qazandırmaq olmaz. Bütün ölkələri qəhrəmanların xatirəsinə ehtiram göstərməyə və hərbi məzarları yaxşı vəziyyətdə saxlamağa çağırırıq".
Bəyanatda həmçinin İkinci Dünya müharibəsinin nəticələrini saxtalaşdırmağa cəhdlər də qətiyyətlə pislənilib: "Bir sıra ölkələrin nasist cinayətkarlarının və onların silahdaşlarının reabilitasiyası və qəhrəmanlaşdırılması səylərindən narahatıq. Nürnberq Beynəlxalq Hərbi Tribunalının müddəti bitməyən qərarlarına ciddi riayət edilməsinin zəruriliyini hesab edirik. Etnik və dini nifrət əsasında olan cinayətlərə susmaq dünyanı yeni bir fəlakətə aparacaq”.
“BMT Baş Assambleyasının 74-cü sessiyasında qəbul olunan "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı qətnamənin vacibliyini qeyd edirik" - deyə, birgə bəyanatda qeyd olunub.