azadses.az » Hadisə » “Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”

“Ermənilərin döydüyü oğlumu niyə xəstəxanadan təcili çıxardılar?”

Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Los-Anceles şəhərində erməni təxribatı nəticəsində biri qadın olmaqla, yeddi həmyerlimiz müxtəlif bədən xəsarətləri alıb və onlardan dörd nəfəri xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan Bəxtiyar Eyvazovun vəziyyətinin ağır olduğu bildirilir. 
Bu barədə Qafqazinfo-ya məlumatı zərərçəkmişin atası Ağasəf Eyvazov verib. Bildirib ki, başından aldığı zərbələr nəticəsində oğlunun üzü şişib, o, xəstəxanaya yerləşdirilib. Sonradan müalicəsi evdə ambulator şəraitdə davam etdirilir:
“Vəziyyəti orta-kafidir. Bu gün bizim vaxtla gecə 12-də yenidən yoxlanmaları olacaq. Hazırda evdə müalicəsi davam etdirilir. Bizi narahat edən məqam odur ki, şəhərdə milyondan çox erməni yaşayır. Onu o vəziyyətdə niyə təcili şəkildə xəstəxanadan çıxarıblar? Evə gələndən sonra başından aldığı travmalara görə qaytarıb. O, bir müddət müşahidə altında qalmalıdır. İndi yanında adam var, təhlükəsizlik baxımından təmin olunub”.
A.Eyvazov konsulluğun da işindən narazı olduğunu bildirib: “Bəlkə tibbi yardıma ehtiyacı var? Ev yoldaşı da buradan yenicə gedib, şəhəri yaxşı tanımır. Mənə bildirildi ki, konsulluqdan onlarla əlaqə saxlayan olmayıb. Bircə diasporadan zəng vurub, nömrə qoyublar ki, oyananda əlaqə saxlasın”. A.Eyvazovun sözlərinə görə, 1990-cı il təvəllüdlü Bəxtiyar Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. Hazırda Amerikada işləyir: “Aprel ayında vətəndaşlıq almalı idi, sadəcə, pandemiya səbəbindən qalıb”.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi Vəsilə Vahidqızı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Komitə hadisə baş verən gündən aksiyada iştirak etmiş bütün vətəndaşlarla maraqlanır, onlarla mütəmadi olaraq əlaqədədir: “Hadisə baş verən andan vətəndaşlarımızla əlaqə saxlanılıb. Bəxtiyar Eyvazovla da, onun yanındakı şəxslərlə də danışılıb, vəziyyəti qənaətbəxşdir”. 
“AzərTAc”ın yaydığı məlumata görə, Azərbaycanın Vaşinqtondakı səfirliyi də Los-Ancelesdə erməni radikallarının dinc azərbaycanlı etirazçılara hücum etməsi və xəsarət yetirməsi ilə əlaqədar ABŞ-da yaşayan icma üzvlərinə müraciət edib. Bildirilib ki, Prezident İlham Əliyevin göstərişi ilə törədilmiş zorakılıqda xəsarət almış həmvətənlərimizin tibbi xərcləri və əlaqədar hüquqi yardım məsələlərinin Azərbaycan dövləti tərəfindən ödənilməsi nəzərdə tutulur. Bu mövzularla əlaqədar soydaşlarımız Los-Ancelesdəki Baş Konsulluğumuza müraciət edilməlidir:
“Eyni zamanda, xahiş edirik ki, zorakılıq və təhdid halları yaşanarsa, vətəndaşlar konsulluq yardımı almaq üçün ABŞ-da müvafiq konsulluq dairələrinə məsul olan ölkəmizin Vaşinqton şəhərindəki Səfirliyinə və Los-Ancelesdəki Baş Konsulluğuna müraciət etsinlər”.
Xatırladaq ki, baş vermiş erməni təxribatı ilə bağlı hazırda istintaq qrupu yaradılıb və müvafiq təhqiqat aparı

lır.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  2. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  3. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  4. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  5. Bakıda yolu keçən qadını avtomobil vurub
  6. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  7. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  9. Sumqayıtda təlim maşını yanıb
  10. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib