azadses.az » Cəmiyyət » Los Ancelesdə erməni barbarlığı: ABŞ səfiri Azərbaycan XİN-ə çağırıldı

Los Ancelesdə erməni barbarlığı: ABŞ səfiri Azərbaycan XİN-ə çağırıldı

Los Anceles şəhərində erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib:
“Bu ilin 21 iyul tarixində Los Ancelesdə yaşayan radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən şüarlar səsləndiriblər.
Radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmayıb. Azərbaycanlı nümayişçilərə hücum edən erməni radikal nümayəndələri biri qadın olmaqla yeddi nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.
Təəssüflə qeyd etmək istərdik ki, hazırda dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ və Avropanın bir sıra ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən zorakılıq və vandalizmin tətbiq edilməsi cəhdlərini müşahidə edirik. Fundamental dəyərlərə, o cümlədən azad şəkildə fikrini ifadə etmək hüququna zidd olan və ümumiyyətlə, sivil davranışa sığmayan bu kimi təxribatçı hərəkətlər Ermənistan Respublikasının və bu ölkə rəhbərliyinin yürütdüyü təcavüzkar siyasətin radikal erməni qüvvələri tərəfindən həyata keçirilməsinin bariz nümunəsidir.
ABŞ-ın Los Anceles şəhərində, eləcə də Avropa ölkələrində, o cümlədən bu ilin 22 iyul tarixində Brüssel şəhərində azərbaycanlı nümayişçilərə qarşı erməni radikal ünsürləri tərəfindən zorakılıq və vəhşiliyin nümayiş etdirilməsinə görə erməni cinayətkarları hüquqi məsuliyyətə cəlb olunmalı, həmçinin bu ölkələrdəki azərbaycanlı icmaların təhlükəsizliyinin təmin olunmasında aidiyyəti ölkələrin hüquq mühafizə orqanları məsuliyyət daşımalıdırlar”.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xaçmazda 13 yaşlı velosipedçini avtomobil vurub
  2. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  3. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  4. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  5. Bakıda yolu keçən qadını avtomobil vurub
  6. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  7. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  9. Sumqayıtda təlim maşını yanıb
  10. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib