Milli Fədailər Hərəkatı erməni junalistlərinin Bakiya gəlişi ilə əlaqədar bəyanat yaydı
- 16-11-2019, 22:11
- Siyasət
Milli Fədailər Hərəkatı bəyanat yayıb.Bəyanatda deyilir:Sabah 17/11/2019-cu il tarixində Erməni jurnalistlərinin Azərbaycana gəlişini qətiyətlə pisləyir və bu dəvəti edib Erməni jurnalistləri gətirənləri qınayırıq,səhf addım olduğunu düşünürük.Azərbaycan xalqına qarşı Erməni hakimiyyətinin necə soyqırım həyata kecirdiklərini Azərbaycan xalqı unutmayıb.Bu yaralar Azərbaycan xalqına sağalmaz iz buraxıb.Xalqımızın milli mənəvi ruhunu bu cür addımlarla zədələyə biləcəyini düşünürük.Əgər Milli Fədailər Hərakatı düşündüyü kimi deyilsə o zaman,Dövlət rəsmilərindən kimsə rəsmi acıqlama versin.Xalqımız Dövlət siyasətinin görünməyən hissəsini görmək istəyir çünki,bunu görmək Xalqımızın haqqı və hüququdur.Bu cür addım Xalqımızın ən həssas yeri olduğu üçün hakimiyyət son dərəcə ehtiyatlı və son həddə mühafizəkar olmalıdır əks təqdirdə xalqımızın mənəvi kimliyinə böyük zərbə dəyə bilər.