azadses.az » Siyasət » Könül Nurullayeva dünya ictimaiyyətinin diqqətini ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə yönəldib

Könül Nurullayeva dünya ictimaiyyətinin diqqətini ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə yönəldib

Millət vəkili, Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin üzvü Könül Nurullayeva Avropa mətbuatında dərc edilən məqaləsində ABŞ və Avropada yaşayan Azərbaycanlıların dinc aksiyalarında ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə diqqət çəkib.
"Report"un məlumatına görə, məqalədə xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalar keçirməsinin başlıca səbəbinin iyulun əvvəlində Ermənistan silahlı qüvvələrinin sərhədyanı Tovuz əyalətindəki Azərbaycan mövqelərinə artilleriya silahları ilə hücum etməsi, ardınca sərhəd kəndlərində yaşayan mülki əhalini atəş altında saxlaması və qətlə yetirməsi olduğu qeyd olunub.
“Məlumdur ki, Ermənistan bu təxribatın törədicisi kimi Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışsa da, Bakının Ermənistanla beynəlxalq səviyyədə tanınan dövlət sərhədinə Tovuzda-Azərbaycan üçün çox böyük strateji əhəmiyyət kəsb edən bölgəyə belə bir hücumu həyata keçirmək üçün hərbi məqsədinin olmadığı aydındır. Çünki Azərbaycanı Avropaya bağlayan enerji və nəqliyyat layihələri - xüsusilə, Tovuz rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərini vacibliyini qeyd etməliyik”- deyə K.Nurullayeva bildirib.
Məqalədə həmçinin vurğulanır ki, Bakı həmişə Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi sülh prosesində konstruktiv yanaşma nümayiş etdirir: "Lakin qarşı tərəfdə bu konstruktivliyi müşahidə etmək mümkün olmayıb. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporunun təmsilçiləri olub. Ermənilər sərhəddə törədikləri təxribatın ardınca Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum etdilər. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 21 iyul tarixində Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib. Daha bir təxribat və hücum Los Anceles şəhərində baş verdi, bir qrup erməni Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq, dinc aksiya keçirən Azərbaycan icması üzvlərinə hücum edərək, biri qadın olmaqla yeddi nəfər azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri yetirdilər. Los Anceles polisi hücumlarla yanaşı, nifrət cinayətlərinə görə cinayət işi açıb. Baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan ABŞ-ın Azərbaycadakı səfiri Earle Litzenberqer bu hücumun heç bir əsasının olmadığını vurğulayıb. Səfir əlavə edib ki, ABŞ söz azadlığı hüququnu dəstəkləsə də, ermənilərin bu hərəkətləri tamamilə qəbuledilməzdir. Həmçinin iyulun 22-də Belçikada yaşayan ermənilər Brüsseldəki Azərbaycan Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin qarşısında nümayiş keçirdilər. Ermənilər binaya daş, kəsici alətlər və partlayıcı maddələr ilə hücum edərək, 6 Azərbaycan vətəndaşını, habelə "REAL TV" nin Avropa bürosunun əməkdaşını yaraladılar. Binaya və Azərbaycan icmalarından birinə məxsus bir avtomobilə ziyan vurmaqla yanaşı, diplomatların ailələrinin yaşadığı əraziyə hücum cəhdi də oldu”
Məqalədə K.Nurullayeva xüsusilə erməni gənclərin terror təşkilatı-ASALA-nın simvollarını əks etdirən geyimlərdə aksiyalara qatılmasına diqqət çəkərək,  terror təşkilatının qanlı tarixini də xatırladır: “Aksiyada iştirak edən ermənilərin əksəriyyəti üzərində ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) yazılan və müvafiq rəmzlərin əks olunduğu geyimlərdə olan gənclər idi. 1975-ci ildə yaradılan  ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ ASALA-nı terror təşkilatları siyahısına daxil edib. Yeri gəlmişkən, Belçika polisi də bir neçə ermənini saxlayıb. İyulun 24-də Avstraliya Federal Polisi tərəfindən Azərbaycanın Avstraliyadakı səfirliyinə planlaşdırılan hücumun da qarşısı alınıb”.
Məqalədə o da qeyd olunur ki, Ermənistan sülh danışıqlarında və  sərhəddə olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni təcavüzü və destruktivliyi nümayiş etdirir: “Təəssüf ki, bu vaxta qədər sülh danışıqlarında nəticə əldə olunmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildiyi gündən bəri 850-dən çox azərbaycanlı hərbçi erməni hücumları nəticəsində ölmüş və ya yaralanmışdır. Ümumilikdə 20 min nəfər həlak olmuş, 50 min nəfər əlil olmuş, münaqişə müddətində 6 000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür. Bununla belə, Azərbaycan Avropa Birliyinin və digər beynəlxalq təşkilatların çağırışlarına cavab olaraq humanitar əlaqələri gücləndirmək məqsədilə işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə bu və ya digər şəkildə Ermənistanla əməkdaşlıq etməyə hazırdır”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qaradağda qəza törədən sürücü ağır xəsarət alıb
  2. Binədə yolu keçən qadını avtomobil vurub
  3. Ağstafada sürücü qardaşını vuraraq öldürüb - YENİLƏNİB
  4. Xaçmazda 7 yaşlı uşaq yol qəzasında ağır xəsarət alıb
  5. Şəmkirdə bıçaqlanma zamanı ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB
  6. Samuxda avtomobil ağaca çırpılıb, 3 nəfər xəsarət alıb
  7. Qəzada ölən vəzifəli şəxsin ailəsi 1 milyon manata yaxın təzminat tələb edir
  8. Günəşdə ən yüksək dərəcəli partlayış baş verdi
  9. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  10. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?