Главная > Siyasət > Könül Nurullayeva dünya ictimaiyyətinin diqqətini ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə yönəldib
Könül Nurullayeva dünya ictimaiyyətinin diqqətini ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə yönəldib5-08-2020, 08:51. Разместил: azadses |
Millət vəkili, Azərbaycanın AŞPA-dakı Nümayəndə Heyətinin üzvü Könül Nurullayeva Avropa mətbuatında dərc edilən məqaləsində ABŞ və Avropada yaşayan Azərbaycanlıların dinc aksiyalarında ermənilərin nifrət zəminində törətdiyi cinayətlərə diqqət çəkib. "Report"un məlumatına görə, məqalədə xaricdə yaşayan azərbaycanlıların dinc aksiyalar keçirməsinin başlıca səbəbinin iyulun əvvəlində Ermənistan silahlı qüvvələrinin sərhədyanı Tovuz əyalətindəki Azərbaycan mövqelərinə artilleriya silahları ilə hücum etməsi, ardınca sərhəd kəndlərində yaşayan mülki əhalini atəş altında saxlaması və qətlə yetirməsi olduğu qeyd olunub. “Məlumdur ki, Ermənistan bu təxribatın törədicisi kimi Azərbaycanı günahlandırmaqla məsuliyyətdən yayınmağa çalışsa da, Bakının Ermənistanla beynəlxalq səviyyədə tanınan dövlət sərhədinə Tovuzda-Azərbaycan üçün çox böyük strateji əhəmiyyət kəsb edən bölgəyə belə bir hücumu həyata keçirmək üçün hərbi məqsədinin olmadığı aydındır. Çünki Azərbaycanı Avropaya bağlayan enerji və nəqliyyat layihələri - xüsusilə, Tovuz rayonunun ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərini vacibliyini qeyd etməliyik”- deyə K.Nurullayeva bildirib. Məqalədə həmçinin vurğulanır ki, Bakı həmişə Azərbaycan-Ermənistan münaqişəsinin sülh yolu ilə həllini dəstəkləyir, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi sülh prosesində konstruktiv yanaşma nümayiş etdirir: "Lakin qarşı tərəfdə bu konstruktivliyi müşahidə etmək mümkün olmayıb. Elə xaricdəki dinc etiraz aksiyalarında da sabitliyi pozan erməni diasporunun təmsilçiləri olub. Ermənilər sərhəddə törədikləri təxribatın ardınca Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə hücum etdilər. Belə təxribatlardan bir neçəsi məhz ABŞ-da həyata keçirilib. 21 iyul tarixində Azərbaycanın Vaşinqtonda yerləşən Səfirliyinin giriş darvazasına naməlum şəxslər tərəfindən üzərində Azərbaycan əleyhinə yazıları əks etdirən baner bağlanıb və erməni media, mətbuat vasitələrində nümayiş etdirilib. Daha bir təxribat və hücum Los Anceles şəhərində baş verdi, bir qrup erməni Azərbaycanın Los Anceles şəhərindəki Baş Konsulluğunun yerləşdiyi binanı əhatəyə alaraq, dinc aksiya keçirən Azərbaycan icması üzvlərinə hücum edərək, biri qadın olmaqla yeddi nəfər azərbaycanlının müxtəlif dərəcəli bədən xəsarətləri yetirdilər. Los Anceles polisi hücumlarla yanaşı, nifrət cinayətlərinə görə cinayət işi açıb. Baş verənlərlə bağlı Azərbaycan XİN-ə çağırılan ABŞ-ın Azərbaycadakı səfiri Earle Litzenberqer bu hücumun heç bir əsasının olmadığını vurğulayıb. Səfir əlavə edib ki, ABŞ söz azadlığı hüququnu dəstəkləsə də, ermənilərin bu hərəkətləri tamamilə qəbuledilməzdir. Həmçinin iyulun 22-də Belçikada yaşayan ermənilər Brüsseldəki Azərbaycan Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin qarşısında nümayiş keçirdilər. Ermənilər binaya daş, kəsici alətlər və partlayıcı maddələr ilə hücum edərək, 6 Azərbaycan vətəndaşını, habelə "REAL TV" nin Avropa bürosunun əməkdaşını yaraladılar. Binaya və Azərbaycan icmalarından birinə məxsus bir avtomobilə ziyan vurmaqla yanaşı, diplomatların ailələrinin yaşadığı əraziyə hücum cəhdi də oldu” Məqalədə K.Nurullayeva xüsusilə erməni gənclərin terror təşkilatı-ASALA-nın simvollarını əks etdirən geyimlərdə aksiyalara qatılmasına diqqət çəkərək, terror təşkilatının qanlı tarixini də xatırladır: “Aksiyada iştirak edən ermənilərin əksəriyyəti üzərində ASALA (Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu) yazılan və müvafiq rəmzlərin əks olunduğu geyimlərdə olan gənclər idi. 1975-ci ildə yaradılan ASALA təşkilatı Yaxın Şərqdə və Avropada fəaliyyət göstərib. ABŞ ASALA-nı terror təşkilatları siyahısına daxil edib. Yeri gəlmişkən, Belçika polisi də bir neçə ermənini saxlayıb. İyulun 24-də Avstraliya Federal Polisi tərəfindən Azərbaycanın Avstraliyadakı səfirliyinə planlaşdırılan hücumun da qarşısı alınıb”. Məqalədə o da qeyd olunur ki, Ermənistan sülh danışıqlarında və sərhəddə olduğu kimi, Avropa və ABŞ küçələrində də eyni təcavüzü və destruktivliyi nümayiş etdirir: “Təəssüf ki, bu vaxta qədər sülh danışıqlarında nəticə əldə olunmayıb. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, habelə Ermənistanla Azərbaycan arasında atəşkəs elan edildiyi gündən bəri 850-dən çox azərbaycanlı hərbçi erməni hücumları nəticəsində ölmüş və ya yaralanmışdır. Ümumilikdə 20 min nəfər həlak olmuş, 50 min nəfər əlil olmuş, münaqişə müddətində 6 000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür. Bununla belə, Azərbaycan Avropa Birliyinin və digər beynəlxalq təşkilatların çağırışlarına cavab olaraq humanitar əlaqələri gücləndirmək məqsədilə işğalçılıq siyasətindən əl çəkəcəyi təqdirdə bu və ya digər şəkildə Ermənistanla əməkdaşlıq etməyə hazırdır”. Вернуться назад |