YAP Gənclər birliyinin üzvü Hüseyn Qurbanov “Azərbaycan əsgəri doğma torpağının bir qarışından belə geri çəkilmədi”
- 14-07-2020, 11:51
- Cəmiyyət
“İlk olaraq şəhidlərimizin ailə üzvlərinə və bütün xalqımıza dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalaraq öz sıralarına qayıtmalarını arzulayıram. İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib”. AzadSəs-xəbər verir ki, bu fikirləri YAP Gənclər birliyinin üzvü Hüseyn Qurbanov cəbhənin Tovuz istiqamətində baş verənləri şərh edərkən deyib. YAP- rəsminin sözlərinə görə, hamıya məlumdur ki, Ermənistan tərəfi son bir neçə ayda cəbhənin müxtəlif istiqamətlərindən ordumuzun bölmələrinə qarşı çoxsaylı provokasiyalar həyata keçirirdi: “Bunun nəticəsində ordumuz və mülki əhali itkilərlə rastlaşmışdı. Son iki gündə Ermənistan tərəfinin təxribatna qarşı Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən xeyli canlı qüvvə və hərbi texnika itkisi ilə geri otuzdurulub. Ordumuzun həyata keçirdiyi tədbirləri nəticəsində Ermənistanın hərbi bölmələrinin mövqeylərinə güclü zərbə endirilib”. “İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan heç vaxt işğal edilmiş torpaqlarının bu vəziyyətdə qalması ilə barışmayacaq, işğalla barışmayacaq və əlindən gələni edəcək ki, öz ərazi bütövlüyünü bərpa etsin. Son günlərin hadisələri Azərbaycan ordusunun şücaətini, qətiyyətini azgın düşmənə bir daha nümayiş etdirdi. Düşmənə sarsıdıcı cavab verildi, Azərbaycan əsgəri doğma torpağının bir qarışıdan belə geri çəkilməyəcək