Prezidentin köməkçisi: “Ermənistanın məqsədi Azərbaycanda ələ yeni ərazilər keçirmək idi”
- 21-07-2020, 13:52
- Siyasət
12 iyul Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən təxribat terror aktı kimi qiymətləndirilməlidir.
Azad Səs-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarla bağlı bu gün keçirilən mətbuat konfransında deyib.
H.Hacıyev bildirib ki, bu təxribat təsadüfi deyildi və əvvəldən planlaşdırılmışdı. PA rəsmisi qeyd edib ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi diqqəti Dağlıq Qarabağ münaqişəsindən yayındırmaq, sərhəddə gərginlik yaratmaq və regionu təhlükədə qoymaq, 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın beynəlxalq uğurlarına, Şərq-Qərb nəqliyyat dəhlizinə xələl gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək və sərhəddə müəyyən üstünlüklər qazanmaq, Ermənistanda ölkədaxili problemlərdən diqqəti yayındırmaq, Aprel və Günnüt əməliyyatında Ermənistana vurulmuş zərbənin qisasını almaq idi. Ancaq Ermənistanın hərbi-siyasi avantürası iflasa uğradı.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan Ordusu Ermənistana layiqli zərbələr endirdi və Azərbaycanın sərhəd toxunulmazlığı və mülki əhalisinin təhlükəsizliyi təmin edildi.
“Ermənistanın beynəlxalq ictimaiyyəti aldatmaq cəhdləri də fiasko ilə nəticələndi. Çətin vəziyyətə düşən Ermənistan və erməni lobbisi Kim Kardaşyanın yardımına müraciət etdilər”, -deyə o əlavə edib.
H.Hacıyev vurğulayıb ki, Ermənistan silahlı qüvvələri qəsdən, məqsədyönlü şəkildə mülki əhalini də hədəfə aldı: “Təəssüflər olsun ki, Tovuz hadisələrində bir nəfər mülki sakin həlak oldu”.