azadses.az » Manset » Baş prokuror azərbaycanlılara hücumlarla bağlı xarici həmkarlarına müraciət edib

Baş prokuror azərbaycanlılara hücumlarla bağlı xarici həmkarlarına müraciət edib

Azərbaycan Baş Prokurorluğu məlumat yayıb.
Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: 
"Məlum olduğu kimi, son bir həftə ərzində Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə qarşı, eləcə də Ermənistan silahlı qüvvələrinin bu ilin 12 iyul tarixindən etibarən Azərbaycan və Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində başlatdığı hərbi təxribatla bağlı xarici ölkələrdəki azərbaycanlı icmanın üzvləri tərəfindən keçirilən aksiyalar zamanı dinc nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən təxribat xarakterli qanunsuz hərəkətlər törədilib.
Baş verən hadisələrlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev tərəfindən Amerika Birləşmiş Ştatlarının Baş Prokuroru Vilyam Barr, Kaliforniya Ştatının Baş prokuroru Xavier Beccerra, Fransanın Paris şəhərinin Baş prokuroru Remy Heitz və Belçika krallığının Brüssel şəhərinin Baş prokuroru Johan Delmulleye həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib.
Həmin müraciətlərdə qeyd edilib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə yönəlmiş təcavüzkar mövqeyi ilə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyərək münaqişənin sülh yolu ilə həll olunmasına suni əngəllər törədir, habelə terrorçu siyasətinin təzahürü kimi bu ilin iyulun 12-də Azərbaycanla Ermənistanın sərhədində yerləşən Tovuzda təxribat törətmiş, o cümlədən beynəlxalq hüququn əsas norma və prinsiplərinə zidd olaraq mülki dinc əhalinin sıx yaşadığı əraziləri atəşə tutulub.
Eyni zamanda göstərilib ki, iyulun 21 və 22-si erməni icmasının çox saylı üzvləri, erməni lobbisinin radikalları,  Daşnaksütun partiyasının üzvləri, habelə beynəlxalq aləmdə terror qrupu kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, o cümlədən həmvətənlilərimizə qarşı müxtəlif vandalizm aktları törətmişlər, nəticədə azərbaycanlı dinc nümayişçilər müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.
Baş Prokuror diplomatik nümayəndələrimizin və həmsoydaşlarımızın təhlükəsizliklərinin təmin edilməsini xahiş etməklə, baş vermiş hadisələrlə bağlı qeyd edilən ölkələrin hüquq-mühafizə orqanları tərəfindən hərtərəfli, tam və obyektiv araşdırmalar aparılacağına və təqsirkar şəxslərin dairəsinin müəyyən edilməklə məsuliyyətə cəlb olunacaqlarına ümidvar olduğunu bildirib".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  2. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  3. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  4. Bakıda yolu keçən qadını avtomobil vurub
  5. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  6. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  7. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Sumqayıtda təlim maşını yanıb
  9. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  10. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib