İsveç və Finlandiya parlamentlərinin sədrləri Türkiyəyə gedəcəklər
Finlandiya və İsveç parlamentlərinin sədrləri NATO-ya üzvlüklə bağlı məsələləri müzakirə etmək üçün Türkiyəyə səfər edəcəklər.
Bu barədə Türkiyə parlamentinin sədri Mustafa Şəntop məlumat verib.
“İsveç və Finlandiya (Türkiyəyə) bir sıra vədlər veriblər. Biz prosesi izləyirik. Yanvarda iki ölkənin parlament rəhbərləri Türkiyəyə gələcəklər. Mən onların qətiyyətli olduğunu görürəm. İsveç və Finlandiya milli təhlükəsizliklərini gücləndirmək üçün NATO-ya üzv olmaq istəyirlər. Biz buna inanmalıyıq, bunun üçün konkret addımlar atmalıdırlar. Bunun işığında Türkiyə İsveçin və Finlandiyanın NATO-ya üzvlük məsələsi ilə bağlı qərar verəcək”, - Şəntop bildirib.