Rəcəb Tayyib Ərdoğan: “Madriddə imzalanan memorandum sadəcə dəvətdir”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin tələbləri yerinə yetirilməyənə qədər İsveç və Finlandiyanın NATO-ya qoşulmasına icazə verməyəcəyini bildirib.
Bu barədə TRT telekanalı məlumat verib.
“İsveç və Finlandiya terror təşkilatlarını dəstəkləməkdən əl çəkmədikcə NATO-ya üzvlüklə bağlı bizdən müsbət yanaşma gözləməməlidirlər. Bu məsələdə heç kim bizdən güzəştlər gözləməsin”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti qeyd edib ki, Türkiyənin terrorçu hesab etdiyi kürd silahlı birləşmələri və partiyalarının dəstəyi ilə bağlı vəziyyət dəyişməzsə, Türkiyə parlamenti yeni ölkələrin NATO-ya daxil olmasına razılıq verməyəcək.
“Əgər onlar dərhal NATO-ya qəbul olunacaqlarını düşünürlərsə, bu, göründüyü qədər asan deyil. Madriddə imzalanan memorandum sadəcə dəvətdir və biz bunu bütün NATO - da olan həmkarlarımıza söylədik”, - deyə Ərdoğan xatırladıb.