İsveç NATO-ya üzv olduqdan sonra ərazisində nüvə silahı yerləşdirməyəcək
İsveçin xarici işlər naziri Ann Linde bildirib ki, İsveç NATO alyansına qoşulduqdan sonra öz ərazisində nüvə silahı yerləşdirməyəcək.
O, əlavə edib ki, İsveç NATO strukturlarına tam inteqrasiya etməyə çalışacaq.
Qeyd edək ki, iyunun 29-da Madrid sammitində NATO liderləri rəsmi olaraq İsveç və Finlandiyanı alyansa qoşulmağa dəvət edib. İyulun 5-də Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya üzv olmaq haqqında protokollar imzalayıblar.