Ərdoğan İsveç və Finlandiyadakı səfirləri dəyişdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsveç və Finlandiyadakı səfirləri dəyişib.
Bu barədə sərəncam “Resmi Gazete”də dərc olunub.
Qərardan məlum olur ki, ümumilikdə 25 ölkəyə səfir təyin olunub. Onların arasında NATO-ya üzvlük üçün müraciət edən və Ankara ilə fikir ayrılığı olan İsveç və Finlandiya da var.
Sərəncamda Beynəlxalq Təbliğat və Mədəniyyət Məsələləri üzrə Baş Menecer olmuş Dəniz Çakarın Finlandiyaya, Türkiyə Xarici İşlər Nazirliyində ikitərəfli siyasi məsələlər üzrə baş direktor vəzifəsində çalışmış Can Tezelin isə İsveçə səfir təyin edildiyi bildirilib.
Xatırladaq ki, Finlandiya və İsveç mayın 18-də Ukraynada baş verən hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim edib. Ankara bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.