Ankarada İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı danışıqlar keçirilib
- 25-05-2022, 20:37
- Siyasət
Ankarada Türkiyə, İsveç və Finlandiya nümayəndə heyətlərinin görüşü başa çatıb.
Prezident iqamətgahında keçirilən görüşdə Türkiyə nümayəndə heyətinə ölkə prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal rəhbərlik edib.
İsveç Baş Nazirlik Aparatının dövlət katibi Oskar Stenström və Finlandiya Xarici İşlər Nazirliyinin müşaviri Yukka Salovaaranın iştirakı ilə keçirilən danışıqlar təxminən 5 saat davam edib.
Türkiyə nümayəndə heyəti Finlandiya və İsveç nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşdükdən sonra üç nümayəndə heyəti bir araya gəlib.
Danışıqlar mətbuata qapalı keçirilib.