Ərdoğan: “İranda yaşayan azərbaycanlıların sayı göz önündədir”
- 21-10-2021, 19:17
- Siyasət
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlərə toxunub.
Türkiyənin dövlət başçısı bu barədə jurnalistlərin suallarına cavab verərkən danışıb.
O qeyd edib ki, İran Naxçıvan sərhədində və Cənubi Qafqazda hərbi aktivlik nümayiş etdirir:
“İran bir tərəfdən Azərbaycanın İsrail ilə əlaqələrinə işarə edir. Türkiyənin Qafqazda aktiv və daimi faktora çevrildikdən sonra İranın bu hərəkətləri məntiqlidirmi? İran İsraillə münasibətlərinə görə Azərbaycanı hədəfə çevirə bilməz. Şəxsən mənim belə bir gözləntim yoxdur. Bu gün İranda yaşayan azərbaycanlıların sayı göz önündədir. Bu təbii ki, düşündürücüdür. Elə də asan deyil. Atılan addım yanlışdır. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu yanlışı davam etdirməyəcək”, - Türkiyə Prezidenti vurğulayıb.