Ərdoğan Bakıya gəlir - Esenboğadan açıqlamalar
- 25-02-2020, 11:10
- Siyasət
Türkiyə lideri Putinlə martın 5-də görüşə biləcəyini deyib
"Azərbaycanın ölkəmizə qoyduğu sərmayənin bu il 20 milyard dollara çatdırılacağını düşünürük". Bunu Azərbaycana səfərə yola düşən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib.
Onun sözlərinə görə, Azərbaycandakı yatırımları indi 11 milyard dollar civaındadır. "Azərbaycanın inkişafına bundan sonra da fayda verməyə davam edəcəyik”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci Toplantısı” ilə əlaqədar bu gün Azərbaycana rəsmi səfər edəcək.
Ərdoğan Rusiya prezidenti ilə İdlib mövzusunda olan müzakirələri barədəd danışıb. O, bildirib ki, Türkiyəyə Rusiyadan heyətin gələcəyi gözlənilir. "Ən geci martın 5-də Putin ilə bir araya gələ bilərik. Biz üz-üzə görüşəcəyik. İstanbulda da ola bilər, Ankarada da. Fərqi yoxdur".