Ərdoğan Cavad Zərifi qəbul etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, İstanbulda Vəhdətdin köşkündə keçirilən görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da iştirak edib.