Türkiyənin İsraildəki səfiri tutduğu vəzifədən azad edilib
- 13-02-2021, 09:11
- Dünya
Türkiyənin İsraildəki səfiri Mustafa Kemal Ökdem tutuduğu vəzifədən azad edilib.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.
Mustafa Kemal Ökdem 2010-cu ildə Türkiyə ilə İsrail arasında baş vermiş “Mavi Mərmərə” böhranından sonra səfir təyin edilmişdi.
Bildirilib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 4 beynəlxalq təşkilatdakı daimi təmsilçisini və 22 dövlətdəki səfiri tutduğu vəzifədən azad edib, həmçinin 26 ölkəyə yeni səfir təyinatları olub.