İrandan ABŞ-ın aksiya dəstəyinə cavab
- 18-11-2019, 09:46
- Siyasət
"Bu ikiüzlülük və riyakarlıqdır"
Tehran ABŞ-ın İranda başlayan etiraz aksiyalarına dəstək açıqlamasını şərh edib. XİN nümayəndəsi Abbas Musəvi bunun ABŞ-ın İranın daxili işinə müdaxilə olduğunu deyib.
"Böyük İran xalqı gözəl anlayır ki, bu cür bəyanatlarda heç bir səmimi narahatlıq yoxdur, onlar ikiüzlülük və riyakarlıqdır". O, həmçinin bildirib ki, ABŞ-ın bu cür çıxışı İranın daxili işlərinə müdaxilədir.
Xatırladaq ki, ABŞ İranda benzinin qiymətinin qalxması əleyhinə başlayan aksiyalara dəstək verib. İstiPress-in məlumatına görə, ABŞ Xarici İşlər naziri Mayk Pompeo sosial şəbəkə paylaşımında bu sözlərlə dəstəkləyib. “40 il davam edən tiranlıqdan sonra qürurlu İran xalqı hökumətin sui-istismarına səssiz qalmırlar. Biz də səssiz qalmayacağıq. İran xalqına mesajım var: ABŞ sizi eşidir. ABŞ sizi dəstəkləyir. ABŞ sizin yanınızdadır”.
Bundan əlavə Dövlət Departamentinin nümayəndəsi Morqan Ortaqus İranın etirazlar fonunda interneti kəsmək cəhdlərinin ABŞ tərəfindən qınandığını demişdi.
"Biz öz hökumətindən məsuliyyət və şəffaflıq tələb edən İran xalqı ilə həmrəyik. İran sanksiyaların yüngülləşdirilməsi nəticəsində qazandığı milyardlarla dolları xəstəxana və ya məktəb tikmək üçün yox, Yaxın Şərqdəki terrorçuları maliyyələşdirmək üçün istifadə edib", deyə o "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, İranda bir neçə gündür davam edən etiraz aksiyalarına səbəb benzinin qiymətindəki atım olub. Məlumata görə, etiraz aksiyalarında ölənlər də var.