Sahibə Qafarova Ərdoğanın parlamentdəki çıxışından danışdı
Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əlaqələrini yeni səviyyəyə qaldırır.
Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında spiker Sahibə Qafarova deyib.
O, Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyənin böyük inkişaf yolu keçdiyini deyib.
Sahibə Qafarova Azərbaycanla Türkiyə arasında münasibətlərin dostluq və qardaşlıq əsasında qurulduğunu deyib. Spiker Türkiyənin Vətən müharibəsi zamanı Azərbaycana verdiyi mənəvi və siyasi dəstəyindən də danışıb.
“Türkiyə lideri cənab Rəcəb Tayyib Ərdoğan göstərdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır. Cənab Ərdoğan parlamentdə çıxış edərkən dünyaya mesajlar verdi. Dedi ki, Türkiyə bundan sonra da bütün gücü ilə Azərbaycana dəstək verdi”, - deyə S.Qafarova bildirib.
Qeyd edək ki, R.T.Ərdoğan iyunun 16-da Milli Məclisin xüsusi iclasında çıxış edib.
Aqşin Kərimov