Navalninin nüfuzu Putini üstələdi... - ADDIM-ADDIM HAKİMİYYƏTƏ GƏLİR...
- 10-02-2021, 12:53
- Siyasət
Yanvarın 17-də Rusiya müxalifətinin lideri Aleksey Navalni Almaniyadan qayıdarkən Şeremetyevo hava limanında saxlanılıb. “Matrosskaya tişina” təcridxanasında saxlanılan müxalifət liderinin azadlığa buraxılması üçün yanvarın 23-də Moskva və Rusiyanın bir sıra böyük şəhərlərində kütləvi etirazlar başlayıb.
Bu haqda Redaktor.az-a açıqlama verən Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirib ki, A.Navalninin həbsindən sonra demokratiya tərəfdarlarının küçələrə axışması siyasi liderin reytinqini daha da artırdı.
“Kütləvi etirazlar nəticəsində müxalifət liderinin imici daha da möhkəmləndi. Rusiyadakı hakimiyyət dəyişikliyi nə Cənubi Qafqazdakı, nə də daxili siyasi prosesləri həll etməyəcək. Demokratik ad altında hakimiyyətə gələnlərin bir çoxu avtoritar mexanizmlərdə siyasi rejimi və dövləti idarə edirlər. Ukrayna və Ermənsitandakı inqilablardan sonra bunun bir daha şahidi olduq. Məsələyə Cənubi Qafqaz prespektivindən baxsaq, hakimiyyətdə liberal yönümlü avropaçılıq siyasəti həyata keçirən lider yox, avrasiyaçı liderin olması daha məqsədə uyğundur”.