Xankəndi ilə bağlı AÇIQLAMA
- 12-12-2020, 13:30
- Cəmiyyət
"Türkiyə və Azərbaycan arasında pasport rejiminin ləğvi münasibətlərin dinamik inkişafının nəticəsidir. İki ölkənin regionda yeni siyasi platforma qurması, digər xalqların da bu platformaya inteqasiyası sülh və sabitlik üçün vacibdir".
''Azad Səs'' Redaktor.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsadullazadə deyib.
O bildirib ki, Ankara-Bakı platfotması, Cənubi Qafqazda yeni bir siyasi kombinasiyadır.
“Bundan əlavə, bu siyasi-iqtisadi platforma Rusiyanın regionda hərbi iştirakını zəiflədəcək. Çünki region ölkələrinin birgə əməkdaşlığı Rusiyanın hərbi varlığını gərəksiz edəcək. Lakin düşünürəm ki, Azərbaycanın suverenliyinin təmini Rusiya ilə işbirliyindən keçir.
Ankara-Bakı müttəfiqliyi Moskva ilə mümkün əməkdaşlıq çərçivəsində suverenliyimizi tam təmin edə bilər. Belə ki, Moskva erməniləri ciddi müdafiə edib, öz məqsədləri üçün istifadə edərsə, regionda Rusiyanın mövqeyi zəifləyə bilər. İnanmıram ki, ruslar buna razı ola".
Politoloq bildirib ki, kiçik bir ərazidə ermənilərin yardımlar hesabına uzun müddət yaşaması mümkün olmayacaq. Ağır sosial durum ermənilərin Dağlıq Qarabağı tam tərk etməsinə səbəb olacaq:
“Rusiya uzun illər burada ermənilərə yardım edə bilməyəcək. Onlar Azərbaycanın suverenliyini qəbul edib yaşamaq məcburiyyətində qalacaqlar. Əks halda İrəvana köç edəcəklər. Bu baxımdan yeni siyasi kombinasiya Xankəndini də əhatə edəcək”.