Navalnı komadan çıxdı
- 7-09-2020, 17:11
- Dünya
Rus müxalifət lideri Aleksey Navalnı komadan çıxıb.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “Şarite” klinikas məlumat yayıb. Bildirilib ki, həkimlər Navalnının süni komadan çıxarılmasına müvəffəq olublar və onu tədricən süni tənəffüs aparatından ayırırlar.
“O, şifahi stimullara cavab verir”,- deyə klinikanın yayımladığı press-relizdə bildirilib.
Həkimlərin sözlərinə görə, pasiyentin vəziyyəti yaxşılaşıb.
Klinika mütəmadi olaraq xəstənin həyat yoldaşı Yulia Navalnaya ilə əlaqə qurur və Navalnının vəziyyəti barədə məlumat yayımlamaq üçün ondan növbəti dəfə icazə alıblar.
Bununla yanaşı, ağır zəhərlənmənin uzunmüddətli fəsadlarını qiymətləndirmək üçün hələ tez olduğu qeyd olunub.
Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.