Baş verən təxribatların arxasında kim dayanır? - PAŞİNYANI DEVİRMƏK ÜÇÜN...
- 29-12-2020, 09:05
- Siyasət
Qələbə qazandığımız 44 günlük Vətən müharibədən sonra Ermənistan hakimiyyətinin, xüsuilə Baş nazir Nikol Paşinyanın Azərbaycana yaxınlaşmaq istəyi müşahidə edilir.
Lakin hələ də erməni terrorçuları işğaldan azad edilmiş ərazilərdə təxribatlara cəhd edirlər.
Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Tofiq Abbasov təxribatların arxasında Ermənistan müxalifətinin dayandığını bildirib:
“Azərbaycanın qələbəsi və Ermənistan Baş naziri N.Paşinyanın kapitulyasiya aktına imza atması müxalifətin ciddi narazılığına səbəb olub. Onlar məğlubiyyətin səbəbini N.Paşinyanda görürlər. Hətta müxalifətin lideri Vazgen Manukyan bu təxribatlara işarə edən açıqlamalar da verib. Düşünürəm ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatın icrasını pozmağa çalışan erməni müxalifət qüvvələri hakimiyyəti N.Paşinyanın əlindən almağa çalışırlar. Paşinyan da bunun fərqindədir. O və digər siyasi dairələr bunun qarşısını almağa çalışacaq. Çünki az-çox praqmatik əhval-ruhiyyədə olanlar yaxşı anlayırlar ki, yeni müharibə Ermənistan üçün yeni məğlubiyyətlə nəticələnəcək”.