Rusiyada sakinlər 51 dərəcə şaxtada mitinqə çıxıblar
- 23-01-2021, 13:06
- Dünya
Rusiyanın bütün bölgələrində kütləvi etiraz aksiyaları keçirilir.
''Azad Səs'' “Report”-a istinadən xəbər verir ki, nümayişçilərin əsas tələbi müxalifət lideri Aleksey Navalnının azadlığa buraxılmasıdır.
Məlumata görə, ilk mitinq ölkənin Uzaq Şərqdəki Xabarovsk şəhərində başlayıb. Hazırda nümayişlər ölkənin əsasən Sibir bölgəsindəki şəhərlərində davam edir. Etirazçılar "Biabırçılıq", "Navalnıya azadlıq" və ölkə prezidenti Vladimir Putinin əleyhinə şüarlar səsləndirirlər.
Ən böyük mitinqlərdən biri İrkutskda keçirilir. Şaxtaya baxmayaraq, şəhərdə 3 min nəfər Aleksey Navalnını dəstəkləmək üçün küçələrə çıxıb. Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutskda sakinlər 51 dərəcə şaxtada mitinqə qoşulublar. “Yakutsk Veçerniy” qəzetinin məlumatına görə, nümayişdə 300-dən çox vətəndaş iştirak edir. Orada artıq 13 nəfər saxlanılıb.
Ümumilikdə mitinqə görə artıq 200-dən çox insan saxlanılıb.
Qeyd edək ki, mitinqlərin eyni saatda başlanması nəzərdə tutulduğuna görə nümayişlər saat qurşağı baxımından öndə olan Sibir və Uzaq Şərqdə keçirilir. Paytaxt Moskvada nümayişlər yerli vaxtla saat 2-də başlanacaq.
Xatırladaq ki, yanvarın 18-də Aleksey Navalnı Almaniyadan müalicədən qayıtdıqdan sonra Rusiyanın paytaxtı Moskvada hava limanında həbs olunub. Ona maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Siyasətçi bütün ittihamların uydurma olduğunu və birbaşa ölkə başçısının sifarişi ilə gerçəkləşdiyini iddia edir.
A.Navalnının həbsindən 1 gün sonra onun yutub kanalında Rusiya Prezidenti Vladimir Putinin yaxın ətrafı ilə birgə qurduğu korrupsiya sxemləri və sarayı barədə 2 saatlıq sənədli film yayımlanıb. Video qısa zamanda 66 milyondan çox izləmə sayı toplayıb. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin trend videolar sırasında yer alıb. Yanvarın 23-də müxalifətçinin həbsinə etiraz olaraq Rusiyanın bütün bölgələri, həmçinin ABŞ-ın Nyu-York, Avropanın Paris və Amsterdam, İsrailin Təl-Əviv şəhərlərində kütləvi mitinqlər planlaşdırılıb.