azadses.az » Siyasət » Paşinyan 7 rayonun Azərbaycana qaytarılması barədə sənəddən danışdı

Paşinyan 7 rayonun Azərbaycana qaytarılması barədə sənəddən danışdı

"Elə həmin məqamdaca sənəd danışıqlar masası üzərinə qoyulacaq”
Ermənistan baş naziri Nikol Paşinyan bu gün Qafanda keçirdiyi mətbuat konfransında Qarabağ nizamlanmasına dair keçmiş prezident Serj Sərkisyanın ona qoyub getdiyi irsdən danışıb.
Azadsəs-in "Lragir"ə istinadən məlumatına görə, o qeyd edib ki, bu yaxınlarda mətbuatda Serj Sarkisyanın dövründə aparılan danışıqlar zamanı masa üzərində olan sənəddən bir hissə dərc edilib.
“Əvvəlki hakimiyyətdən bu barədə hər hansı təkzib gəlmədi, ona görə də deyə bilərik ki, doğrudan da bizə belə irs qoyublar”,-Nikol Paşinyan belə deyib.
Onun sözlərinə görə, son məqsədi Qarabağ münaqişəsinin hərtərəfli nizamlanmasından ibarət olan bu sənədə əsasən Azərbaycana yeddi rayon-Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər və Laçın geri qaytarılmalıdır. Bir şərtlə ki, Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz olsun.
“Sənəddə qeyd edilir ki, tərəflərin razılığı ilə Dağlıq Qarabağın yekun statusu ATƏT və BMT-nin egidası altında referendumda müəyyən edilməlidir. Bu referendumun nəticələri hüquqi qüvvəyə malik olmalıdır və beynəlxalq prinsiplərə uyğun gələcək”,-Paşinyan xatırladıb.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması




“Habelə ərazilərə köçürülənlər (söhbət qanunsuz məskunlaşan ermənilərdən gedir,-red.) beş rayonu tərk etməlidir. Azərbaycanın mülki hakimiyyəti həmin ərazilərə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinin ardınca daxil olmalıdır və orada olan silahlı qüvvələr çıxarılmalıdır. Sülhməramlı qüvvələr keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin inzibati sərhədləri boyu yerləşdirilməlidir, Kəlbəcər və Laçın istiqamətlərindən başqa. Kəlbəcər rayonu keçid dövrü üçün ATƏT-in monitorinqi altında olmalıdır. Yuxarıda göstərilən bu tədbirlərə paralel olaraq Dağlıq Qarabağ onun gündəlik həyat fəaliyyətini təmin edən müvəqqəti aralıq statusa malik olmalıdır. Bu, hazırda danışıqlar masası üzərində olan həmin irsdir. İndi onlar bizi ittiham edirlər ki, həmin irsi tapdamışıq”,-Nikol Paşinyan bildirib.
O qeyd edib ki, Ermənistan danışıqları həmin dönüş nöqtəsindən başlamağa razı olsa beynəlxalq ictimaiyyət heç bir problem yaratmaz.
“İndi qoy Dağlıq Qarabağda prezidentliyə bütün namizədlər, Ermənistan xalqı desin ki, bu sənəd onlar üçün məqbuldur, ya yox? Əgər Dağlıq Qarabağ əhalisi qərara alsa ki, həmin sənəd məqbuldur, mən təminat verirəm ki, elə həmin məqamdaca sənəd danışıqlar masası üzərinə qoyulacaq”,-Ermənistan baş naziri əlavə edib.
Qeyd edək ki, Paşinyanın bəhs etdiyi sənəd uzun illər danışıqlarda müzakirə olunan və “Madrid prinsipləri”inə əsaslanan nizamlama variantıdır. Hansı ki, tərəflər bu sənədi razılaşdıra bilmədilər və əsas səbəb Dağlıq Qarabağın yekun hüquqi statusunu müəyyən edəcək referendumun müddəti, keçirilməsinin şərtləri kimi məqamlarda yaranan ziddiyətlərdir.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb
  2. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
  3. Bakıda yolu keçən gənc qızı avtomobil vurub
  4. Bakıda yolu keçən qadını avtomobil vurub
  5. Bakıda xəsarətlə nəticələnən yol qəzası olub
  6. Suraxanı rayonunda avtomobillər toqquşub, yaralanan var
  7. Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var
  8. Sumqayıtda təlim maşını yanıb
  9. Sabunçuda avtomobillər toqquşub, xəsarət alan var
  10. Nərimanov rayonunda 48 yaşlı kişini avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir
Dövlət İmtahan Mərkəzi mayın 12-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB Ətraflı
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirəcək
Mayın 12-də Dövlət İmtahan Mərkəzi (DİM) tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu Ətraflı
Bütün xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Türkiyədə narkotik sifariş verən məşhur aktrisa saxlanılıb
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
Meqan Markl Nigeriyanı “öz ölkəsi” hesab edir
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
2023-cü ildə ən uğurlu superqəhrəman filmi bəlli oldu
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
Məşhur müğənni səhhəti haqqında: “Ürəyim fasilələrlə döyünür”
“Forsaj11”in premyerası təxirə salındı
“Forsaj11”in premyerası təxirə salındı
Britni Spirs: “Ədalət yoxdur”
Britni Spirs: “Ədalət yoxdur”
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Keyt Middltonun dayısı Meqan Marklı ictimaiyyət qarşısında təhqir edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
Amerika aktyoru Maykl Emmet Uolş vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib
“Cockney Rebel” qrupunun solisti vəfat edib