Aleksandr Duqin Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı: “Başqa plan mövcud deyil!” - MÜSAHİBƏ
- 24-04-2020, 11:23
- Manset
Ermənistan Rusiyanın Xarici İşlər naziri Serqey Lavrovun açıqlaması ilə aldığı “soyuq duşdan” hələ də özünə gələ bilməyib. Xatırladaq ki, S.Lavrov danışıqların davam etdiyi Qarabağ münaqişəsinin mərhələli həllinə dair sənədin olduğunu təsdiqləyib.
Ötən gün Rusiyanın “Kommersant” qəzeti Ermənistan Xarici İşlər Nazirliyinin Qarabağ münaqişəsinin həlli üçün mərhələli planın müzakirə edilməsi faktını qəti şəkildə təkzib etməsi ilə bağlı cavabını yayımlayıb:
“Ermənistan üçün Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının mərhələli variantını nəzərdə tutan, hələ 2018-ci ildən əvvəl təqdim olunan bu cür təkliflər qəbuledilməzdir. Üstəlik, 2018-ci ildən bəri Ermənistan mərhələli tənzimləmə əsasında danışıqlar aparmır”.
Başqa sözlə, Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra məhz 2018-ci ildən Ermənistan Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı konstruktiv danışıqlar aparmır.
Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyası da özünü gözlətmədi - Ermənistan XİN-in ölkənin 2018-ci ildən bəri münaqişənin mərhələli şəkildə həllinə əsaslanaraq danışıqlar aparmaması barədə açıqlamasını haqlı olaraq gülünc adlandırdı.
Siyasi elmlər doktoru, rusiyalı filosof və publisist, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin Media.Az-a verdiyi müsahibədə vəziyyəti şərh edib.
- Rusiya Xarici İşlər naziri Serqey Lavrov Qarabağ münaqişəsinin nizamlanması üçün mərhələli bir planın danışıqlar masasında olduğunu söylədi. Ermənistan XİN bu məlumatı təkzib etməyə tələsdi - erməni tərəfinin mərhələli həll yolu ilə bağlı hər hansı bir variantı qəbul etmədiyi barədə bəyanat verdi…
- Söhbət ilk mərhələdə beş rayonun (işğal olunmuş - red.) Azərbaycana qaytarılmasından gedir. Bu barədə razılıq daha əvvəl, Serj Sarqsyanın Ermənistan prezidenti olduğu zaman əldə edilib. Bu, kommunikasiya əlaqələrini açmaq, qarşılıqlı fəaliyyətə keçmək üçün şərt idi. Hesab edirəm ki, plan əladır. Ermənistan bunu qəbul etməyə hazır idi. Problem planın izah edilməməsindədir. Belə oldu ki, dövlət başçılarının razılığı ictimai rəyə əsaslanmadı.
Nikol Paşinyanın rəhbərliyi dövründə isə elə təəssürat yarandı ki, elə bil insanlar bu plan haqqında ilk dəfə eşidirlər.
N.Paşinyan xüsusi mövqe tutdu. Bəzən bu barədə ilk dəfə eşitdiyini deyirdi, sonra bunun əvvəlki rəhbərliyin fikri olduğunu, amma bu müqavilənin altına imza atmadığını və sair söylədi. Ancaq Rusiya ona təzyiq etdikdə isə deyirdi: “Yaxşı, gəlin müzakirə edək”.
Yəni, Nikol Paşinyanın dəqiq bir mövqeyi yox idi. Birbaşa qərardan uzaqlaşırdı. Beləliklə, planın mövcudluğu ilə bağlı “Paşinyanın tərəddüd paradiqması”ndayıq... Halbuki, min dəfə müzakirə olunub, danışılıb. Hərəkətlərin alqoritmləri aydındır. Amma hər dəfə söhbətin nədən getdiyini heç kimin anlamadığı barədə açıqlamaları ilə rastlaşırıq.
N.Paşinyan hakimiyyətə gəlməzdən əvvəl də dəfələrlə demişəm ki, ilk mərhələdə Azərbaycanın beş rayonunun (işğal olunmuş - red.) qaytarılması barədə danışmalıyıq. İndi növbəti dəfə N.Paşinyan və ümumiyyətlə, erməni tərəfi deyir ki, heç bir rayon barədə məlumatlı deyillər.
Belə çıxır ki, “Yenidən hər şey əladır”. Halbuki, ağlabatan, rasional plan hazırlanıb. Lakin erməni tərəfi gah söhbətin nədən getdiyini anlayır, gah da anlamır.
- Bəs “Kommersant” qəzetindəki məqaləni necə şərh edə bilərsiniz? Ermənistan XİN 2018-ci ildən bəri Yerevanın mərhələli həll planını müzakirə etmədiyini bildirdi.
- Əslində, danışıqlarda məhz bu plan müzakirə olunur. Başqa plan sadəcə, yoxdur. Erməni tərəfi hər kəs üçün qəbuledilməz qərarların verilməsində təkid edir. Ancaq təkrar edirəm, başqa plan sadəcə, mövcud deyil! Mən bu planın tərəfdarıyam, onu təbliğ edirəm. Düzdür, indi Rusiya, Azərbaycan və Ermənistan daha bir ciddi problemlə üzləşib. Söhbət koronavirusdan gedir. Bundan sonra nə olacaq, heç kim bilmir. Ölkələr böhrandan necə çıxacaqlar? Bu çox ciddi bir məsələdir. Erməni diasporu Ermənistana əvvəlki kimi kömək edəcəkmi? Axı Ermənistan xaricdən gələn maliyyə “inyeksiyaları” səbəbindən bir çox cəhətdən davam gətirmişdi. Havadan asılı vəziyyətdəyik. Hansı keyfiyyətdə, kim sağ qalacaq? Qayıdacağımız dünya əvvəlki kimi olmayacaq.