Həmsədrlər Cenevrədə Mnatsakanyanla “çox sərt danışıblar”
- 30-01-2020, 17:08
- Siyasət
Paşinyanın Qafan bəyanatlarına cavab
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla onun erməni həmkarı Zöhrab Mnatsakanyan arasında dünən Cenevrədə baş tutmuş görüş vaxt baxımından rekord vurub. Xəbər verildiyi kimi nazirlər düz 7 saat danışıblar, üstəlik bununla da kifayətlənməyiblər və müzakirələri bu gün yanvarın 30-da davam etdirməyi qərara alıblar. Müzakirələrin yekunu olaraq birgə bəyanatın açıqlanacağı gözlənilir.
Nazirlərin danışıqları yüksək məxfilik şəraitində keçdiyi üçün onların bu qədər vaxt ərzində nədən danışdıqları (xüsusən də Ermənistan baş nazirinin danışıqlar masasında konkret sənəd olmadığı haqda bəyanatları nəzərə alınarsa) bəlli deyil. Lakin təxmin etmək olar ki, Məmmədyarovla Mnatsakanyan hər halda bu qədər vaxt ərzində “ordan-burdan” söhbət etməyiblər. Görünür müzakirələr daha substansiv formaya keçib ki, nazirlər 7 saatlıq görüşlə kifayətlənməyib yenidən “söhbətləşməyi” qərara alıblar.
Bu arada Ermənistanda nəşr olunan “168 jam” qəzetinin yazdığına görə Cenevrə danışıqları ərəfəsində baş nazir Paşinyanın Qafanda ötən həftə keçirdiyi mətbuat konfransında dedikləri Minsk Qrupu həmsədrlərini ciddi narahat edib.
“Həmsədrlər bu addımı Paşinyanın növbəti özfəaliyyəti kimi qiymətləndiriblər və birmənalı şəkildə Minsk Qrupunun ideologiyasına ziddi olduğunu bildiriblər. Həmsədrlər Paşinyanın Dağlıq Qarabağa dair mövqeyi ilə bağlı Mnatsakanyanla kifayət qədər sərt söhbət aparıblar”,-qəzet yazır.
Xatırladaq ki, Paşinyan Qafanda hazırda danışıqlar masasında “heç bir konkret sənədin olmadığını” deyib. Daha sonra keçmiş hakimiyyətin ona “ağır miras qoyub getdiyini” bildirib. Və qeyd edib ki, Sərkisyanın apardığı danışıqlarda Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasını, regionun statusunun referendumla müəyyən edilməsini, Dağlıq Qarabağın inzibati sərhədləri boyu sülhməramlıların yerləşdirilməsini nəzərdə tutan sənəd müzakirə olunub. Paşinyan Dağlıq Qarabada “prezident seçkilərində namizədlərə” müraciət edərək həmin sənədə münasibət bildirməyə çağırıb. Deyib ki, əgər “dqr prezidentliyinə” iddiaçılar belə həll modelinə tərəfdar olsa o dərhal həmin sənədi danışıqlar masasına qaytaracaq.
Lakin “dqr prezidentliyinə namizədlər” və separatçı rejimin rəhbərliyi dərhal hər hansı ərazi güzəştini nəzərdə tutan həll modelinə qarşı olduqlarını bildiriblər. Onlar bir ağızdan deyiblər ki, ətraf rayonlardan heç birini qaytarmaq olmaz, əksinə, həmin ərazilər məskunlaşdırılmalıdır.
Rəsmi Bakı Paşinyanın Qarabağa dair növbəti avantürist çıxışına münasibət bildirmir./Virtualaz.org/