Erməni məmur baş naziri "yıxıb-sürüdü"
- 30-10-2019, 12:16
- Siyasət
"O rəhbər yox korrupsionerdir"
"Keçmiş prezident Robert Koçaryanı həbs etməklə baş nazir Nikol Paşinyan sifariş yerinə yetirib". Bunu erməni kanallarından birində çıxışı zamanı Təhlükəsizlik nazirinin keçmiş müavini Qurgen Yegiazaryan bildirib.
Onun sözlərinə görə, Nikol bu gün kim olduğunu özü də anlayır. “O heç rəhbər deyil. Bu gün onun üzərində onlarla iş var. Paşinyan mütləq bunlara görə cavab verəcək və müttəhim kürsüsündə oturacaq”.
Keçmiş nazir müavini baş naziri korrupsiyada da ittiham edib. O, deyib ki, Paşinyan əsl korrupsionerdir. “Mən çox istəyirəm ki, özünə baş nazir deyən bu şəxs bizə əl yelləsin və Ermənistanı özündən xilas etsin”.