Əliyev Paşinyan görüşü olacaq?
- 17-01-2020, 14:54
- Manset
Erməni XİN başçısı bu barədə danışıb
"Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutacaq görüş barədə danışmaq hələ tezdir". Bunu Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan deyib. "Biz danışıqlardan çəkinmirik və həmişə fəal iştirak edirik", - deyə nazir jurnalistlərə bildirib.
O, həmçinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin növbəti görüşün tarixinin eyni vaxtda açıqlanacağını əlavə edib.
Xatırladaq ki, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin son görüşü 2019-cu il dekabrın 4-də Bratislavada baş tutub. Daha sonra isə Elmar Məmmədyarov növbəti görüşün 2020-ci ilin yanvarına planlaşdırıldığını söyləyib.